Natiq Cəfərli: Azərbaycanda hökumətə total güvənsizlik milli təhlükəsizliyə böyük təhdiddir

Azərbaycanda hökumətin ciddi güvən problemi var, o qədər etibar itiriblər ki, sabah çıxıb desələr qatıq ağdır, bu da toplumda şübhə ilə qarşılanacaq.

Tolishmedia.com xəbər verir ki, bu barədə öz Facebook səhifəsində iqtisadçı ekspert, Real hərəkatının icra katibi Natiq Cəfərli yazıb.

“1) Soyuqdumu? Bəli, soyuqdu, cəmi +3 dərəcədir, 2) Küləkli havadırmı? Bəli, külək əsir, zatən Bakıda həmişə külək olur, 3) Yanvar ayında belə hava şəraiti olmalıdırmı? Bəli, təbii ki, olmalıdır, yanvarın ortasında hava soyuq və küləkli olur, 4) Bəs dünəndən başlayaraq rəsmi qurumlar nədən insanları qorxudur, çaşdırır, panika yayırlar? Yaxşı sualdır, məncə maraqlı eksperiment etdilər, insanlarda fikir formalaşdırılmasında medianın, sosial şəbəkələrin gücünü, təsir mexanizmlərini ölçdülər. Çox güman, bənzər eksperimentlər yenə olacaq, 5) Bu eksperimentdən hökumət dərs çıxarmalıdırmı? Bəli, çıxarmalıdır, vəziyyət qəzildi, insanlarda, toplumda rəsmi hökumət qurumlarına inam sıfıra yaxındır – və bu çox pisdir. Sabah daha ciddi təhlükələr, daha ciddi təhdidlərlə bağlı rəsmi xəbərdarlıqlara da vətəndaşlar inamsızlıq göstərəcəklər.
Hökumətin ciddi güvən problemi var, o qədər etibar itiriblər ki, sabah çıxıb desələr qatıq ağdır, bu da toplumda şübhə ilə qarşılanacaq. Hökumətə total güvənsizlik milli təhlükəsizliyə böyük təhdiddir – əsl çıxarılmalı dərs məhz budur…
”-deyə N. Cəfərlinin statusunda qeyd olunub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 16-dan başlayaraq ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı işəgötürənlərə müraciət edib və bildirib ki, bu şəraitdə açıq havada işləmək məsləhət deyil.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP