Beyni Peyinlilər

Dünən bir tanışımla görüşdüm, ağşalvarlılardandır, sözün düzü onlara niyə ağşalvarlı deyirlər, bilmirəm, amma arada görürsən vicdan adlı tərəzisində balansı qorumağa çalışır. Xoş-beşdən sonra söhbət fırlandı siyasətə, tanışım qayıtdı ki, ay Samit, deyirlər ki, o gün Bakıda bir toplantı olub, “asena” adlı canavarın mənəvi davamçıları yığılıblar bir araya, xalq hərakatı yaradıblar , yəni nə isə ola bilər? Gülmək tutdu məni, bir xeyli də qeyri-ixtiyari güldüm də. Ağşalvarlı tanışım qayıtdı ki, ay Samit, nəyə gülürsən? Vətənimiz ağır durumdadır, sən gülürsən? Dedim ay Bəyoğlan, (tanışımın adı Bəyoğlandır) o asenanın mənəvi davamçılarının lideri kimdir?

– Kim olacaq? Ən layiqli rəhbər, “boz qurd” İskəndər

– Ölənlərin rəhmətlik, bu həmin İskəndər deyilmi kürd ola-ola, hakimiyyətə gəlmək üçün 90-ların əvvəlində özünü türk elan etməmişdi? Bu həmin İskəndər deyilmi 92-93-də, yəni Daxili İşlər Naziri olan dövrdə, dədə-baba yurdunun qeyrətini çəkmək əvəzinə Azərbaycanın şəhər və rayonlarında əhalinin varlı təbəqəsini soyub, talayırdı? Bu həmin İskəndər deyilmi, xəstə Elçibəyin cırılmış ağzının qisasını almaq üçün Astarada bir evi qranatatanla vurub, evdə olan bir ailəni yandırmışdı? Bu həmin İskəndər deyilmi AzTV-nin canlı yayımına soxulub, o canlı yayımda qonaq olan Zərdüşt Əlizadəni Azərbaycan xalqının gözü qarşısında döyərək, öz eşşəkliyini bütün Azərbaycana göstərmişdi? Bu həmin İskəndər deyilmi qardaşı Sərdarın “İskəndər qələt eləyir, biz türk yox, kürdük, Zilanı kürdü” açıqlamasına görə qardaşından incimişdi? Bu həmin İskəndər deyilmi Heydər Əliyev hakimiyyətə gələn kimi özünün kürd milliliyindən istifadə etmək istəyib, Milli Məclisin canlı yayımlanan iclasında Heydər Əliyevə yaltaqlanaraq “Heydər Əliyev, siz mənim dayımsız” demişdi? Bu həmin İskəndər deyilmi Daxili İşlər Naziri olan dövrdə “kiminsə qarşısında əyilməmişəm, əyilmərəm də” desə də, zindanda sındırılmış, dediyi söz ona yedirdilmiş və Heydər Əliyevin heykəlinin qarşısında dombalan vəziyyət almışdı? İndi bu hakimiyyət “şestyorka”sı, simasız və şəxsiyyətsiz zat xalq hərakatının lideri olub? Vallah, ya bunlar özləri ağıllarını tam itiriblər, ya da xalqı səydərəş hesab edirlər….

– Ay Samit, yenə də saldın tərs talışlığıva? Yeri gəlmişkən, İskəndər deyir ki, ruslar özləri üçün, farslar özləri üçün, ermənilər də özləri üçün talışlara radio-televiziya, mədəniyyət mərkəzləri açırlar, buna nə deyəcəksən?

– Canım Bəyoğlan, bəs o bozqurdların iclasında boz qurdlardan biri bu şərəfsiz iskəndərdən soruşamadı ki, ay İskəndər abi, siz axı qardaş dediyiniz talışlar üçün bütün bunları niyə açmırsız? Niyə onların “qardaş payını” vermək istəmirsiz, üstəlik hər vəchlə onların hüquq və azadlıqlarını əllərindən almaq istəyirsiniz?

Soruşan olmaz, çünki bir millətin canavardan törəməsinə ancaq başlarında beyin yerinə peyin olanlar inanarlar. Beyin yerinə peyin gəzdirənlərdə bu kəramət ola bilməz. Ay Bəyoğlan, işti-şayət ya o İskəndəri görsən, ya da hər hansı bir yol ilə ona çıxa bilsən, o beyni peyinliyə başa sal ki, bu respublikanın nicatı talışların əlindədir, talışın halal haqqı ona verilməlidir, əks halda talış özü öz halal haqqını almaq zorunda qalacaq, bax onda xiyar əyri bitəcək ha…

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP