Dəmbəlov kəndi Masallı rayonun eyni adlı dağ zirvəsində yerləşir

Dəmbəlov kəndi Masallı rayonun eyni adlı dağ zirvəsində yerləşir. Kəndin əhalisi Talışlardan təşkil olunmuşdur. Kəndin qədimliyi adından və orda olan tarixi mağaralardan bəllidir. Söhbətimizin məğzi isə tamam başqa məsələlərdən ibarətdir. Belə ki Dəmbəlov kəndində əhalinin yaşamaması üçün demək olar ki bütün şərait yaradılıb. Başlayaq kəndə gedən yollardan, Masallı – Yardımlı yolunun 12-ci kmliyinə daşlı-palçıqlı bir yol qalxır, bu yolu qalxmaq üçün ya “UAZ” markalı bir maşın, ya da dədə baba qaydası ilə bir “Qır Atın” olmalıdır. Yağışlı aylarda kəndə qalxmaq isə demək olar ki qeyri-mümkündür. Allah eləməmiş kənddə bir ağır xəstə olarsa onu rayona gətirmək üçün mütləq havadan dəstək lazımdır. Kənddə tibb məntəqəsi isə yoxdur. Əhalinin soyuq aylarda öz doğma ocaqlarını yandırması üçün isə ancaq meşə massivini baltalamaqdan başqa çarəsi qalmayıb. Bu isə onlara iki qat əziyyət yaşadır, həm gedib odun doğramalı və nəticədə meşələri məhv etməsi. Bu kəndin varlığından isə demək olar sivilizasiyanın belə xəbəri yoxdur nəinki aidiyyatı orqanların. Bu qədər dəbdəbəli yaşayışdan dəm vuran icra orqanlarının niyə bu kənddən xəbəri yoxdur? Hələ çox nüanslar var. İnsan danışdıqca bitmir. Bunları isə gedib sadəcə görəndən sonra daha da dəqiq bilərsiniz. Bütün bunları görən kənd cavanları isə öz elindən, obasından qaçaq düşməyə məcbur olub uzaq Rusiyaya pənah aparırlar, hal hazırda kənddə cavanların sayı barmaqla sayılası qədərdir. Bizi bizdən soyudanları sadəcə və sadəcə Allaha tapşırırıq. Hörmətlə : Talış eli…….

Comments