Talış zonasına qarşı turizm sobatajı

Turizm potensialı böyük olan Azərbaycanımızın cənub şərgində yerləşən Talış bölgəmiz Lənkəran, Lerik, Astara, Masallı, Yardımlı nədənsə diqqətdən kənarda qalıb.yeni açılmış M-3 Ələt-Astara-İran İslam Respublikası ilə Dövlət sərhədi avtomobil yolu paytaxtla əlaqəni daha sürətli edib.

Müalicə turizmi :
Xəzər dənizinə çıxışı maqneziumla zəngin qara qumu revmatizm,iyunda fəaliyyətə başlayacaq Lənkəran İstisu və Sağlamlıq Mərkəzi qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın, sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi nəzərdə tutulub.

Eko turizm :
Hirkan milli parkı (Xanbulançay su anbarı), yaxınlarda açılacaq Qızılağac milli parkı yeni salınacaq cığırlar turistləri təbiətə daha yaxın etmiş olacaq. Astara Sım kəndi istiqaməti, Lerik Zuvand və yol boyu əsrarəngiz təbiət, Yardımlı Təkdam şəlaləsi və.s görmək gərəkdir.

Aqro turizm :
Yaşil Çay Jurnalı fermer təsərüfatı 2019 ili açıq qapı ili elan edib.Çayın sahədə becərilməsindən qablaşdırılmasına kimi bütün prossləri öz gözünüzlə görə bilərsiz.
Bundan başqa dadlı talış mətbəxi tarixi abidələri və uzunömürlülər muzeyi ilə sizi xoş təcübləndirə bilər.

Hal hazırda Lənkəranda Hava limanı olsada həftədə bir dəfə Moskva Reysi ilə kifayətlənir. Hər gün bir reys BAKI-ASTARA qatarı, Hər gün Bakı-Astara 11, Bakı- Lənkəran 10 avtobus reysi işləyir. Dəniz nəqliyyatı hələki fəaliyyət göstərmir. Qeyd olunanları nəzərə alaraq hal hazırki infrastrukturla bölgə lazimi təbliğ təşviq olunmayıb Bakıdan və digər bölgələrdən yetərli turlar təşkil olunmayıb. Azərbaycan Respublikasının ixtisaslaşmış turizm sənayesinin inkinkişafına dair Strateji Yol Xəritəsi 06.12.2016 fərmanında nədənsə Bakıdan 1,3,7 saatlıq səfərlərdə Talış bölgələri offsaytda qalıb,bu günlərdə Formula 1 yarışıyla bağlı gələn turistlərin Bakıdan savayı Quba, Qusar, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən səfərləri təklif olunur amma nədənsə yenədə Talış zonası unudulub, səbəb nədir görən?

Rauf Agamirzayev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP