Daşdadük kəndində və Hirkan qəsəbəsində yaşayan talışlar işıqsız qalıb

Lənkəranın yarımstansiyasında olan yanğına görə, Daşdadük kəndində və Hirkan qəsəbəsində yaşayan talışlar işıqsız qalıb.

TolışMedia informasiya agentliyinin Lənkəran bölgəsindəki müxbirinin verdiyi məlumata görə, yanğın rayonun Xanbulan kəndində yerləşən yarımstansiyanın həyətində baş verib.

Yanğına səbəb 35 kV-luq Daşdatük-Xanbulan elektrik verilişi xəttinin qırılaraq 2 ədəd gücü 10 kV olan paylayıcı qurğuların yağ açarlarının üzərinə düşməsi olub.

Nəticədə Lənkəran rayonunun Daşdadük kəndində və Hirkan qəsəbəsində ümumilikdə 300 talış abonentə elektrik enerjisinin verilişi dayandırılıb.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP