Lənkəranın Boladi kəndində boğulma hadisəsi baş verib

Lənkəranda boğulma hadisəsi baş verib. 

TolışMedia informasiya agentliyinin bölgə müxbirinin verdiyi xəbərə əsasən, hadisə rayonun Boladi kəndi ərazisində olub.

Belə ki, 1958-ci il təvəllüdlü Boladi kənd sakini  Abdulla Miriyev (milliyətcə talış olan) evinin qarşısında balıq tutan zaman çaya düşüb.

A.Miriyevin oğlu onu sudan çıxarsa da gec olub və o, artıq keçinib.

Mərhumun meyiti müayinə edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Regional Şöbəsinə təhvil verilib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP