Şahin Mirzəyevi vətən xaini adlandıran Siyavuş Novruzovun oğlu deputat olmaq istəyir

Azərbaycan Respublikasının Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə onun oğlu deputat olmaq istəyir.

TolışMedia informasiya agentliyi xəbər verir ki, bu barədə S. Novruzov azərbaycandilli xəbər saytlarının birinə müsahibəsində deyib.

S. Novruzov oğlunun 10-cu sinifdə oxuduğunu bildirib və onun illərdir deputat olmaq istədiyini dilə gətirib:

“Oğlum deputat olmaq istəyir. Hazırda 10-cu sinifdədir. Fikrində stabildir. Dərslərini yaxşı oxuyur. Humanitar sahəyə daha çox meyllidir.

İdmana gedir. O bizim sahəni seçmədi. Boksu seçdi. Hesab edirəm ki, hər kəs ən azı idmanın bir növü ilə məşğul olmalıdır. Həm uşaqların formalaşması, həm özünümüdafiə üçün çox önəmlidir”.

Qeyd edək ki, bu bədnam deputat 2013-cü ilin fevral ayında talış milliyətçi olan Şahin Mirzəyevin Ermənistandan sığınacaq istəməsi  barədə məlumatlara münasibət bildirib münasibət bildirib və deyib:

“Şahin Mirzəyev vətən xainidir və Azərbaycan höküməti bu cür vətən xainlərinə qarşı qərarlı mübarizə aparılmalıdır”.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP