Lənkəran rayonunda yol qəzası baş verib

Hadisə adisə Lənkəran-Lerik avtomobil yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, UAZ və “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. “VAZ-2106″da olan Cəlilabad rayon sakinləri – 1988-ci il təvəllüdlü Rəşad İslam oğlu Abışov və 1994-cü il təvəllüdlü Rəfi Xanverdi oğlu Məmmədov və UAZ-da olan sərnişin, 1996-cı il təvəllüdlü Sahilə Müqəddəs qızı Rzayeva Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Bundan əlavə, UAZ-n sürücüsü, 1957-ci il təvəllüdlü, Lerik rayonunun Davradibi kənd sakini Müqəddəs Məhəmməd oğlu Rzayev, 1989-cu il təvəllüdlü, Lerik rayonunun Davradibi kənd sakini Elçin Xanhəsən oğlu Ağayev, 1992-ci il təvəllüdlü, Lerik rayonunun Zəriküməco kənd sakini Hafiz Həsənağa oğlu Cabbarov və 1966-cı il təvəllüdlü, Lerik şəhər sakini Baləddin Sərhəng oğlu Rzayevə Travmatologiya şöbəsində zəruri tibbi yardım göstərilib. Onların vəziyyətləri normaldır.
Güya faktla bağlı araşdırma aparılır və bu araşdırmalar bu qondarma respublikada necə aparılır, onu da çox yaxşı bilirik. Yaxşı olardı yollar təmir edib insanların qayğısına qalardılar və belə hadisələr də minimum səviyyəyə enərdi.
Tolish Media

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP