Şəxsiyyətin aşınması, və ya faşist ideologiyasına mubtəlanın insan mənəviyyatını çökdürməsi

Boynumuza alaq ki, talış cəmiyyətinin bir hissəsinə nə qədər xoş gəlməsə də Qurban Məmmədovun açdığı “Azerfreedom” internet TV kanalı Azərbaycan cəmiyyətini nəinki silkələdi, hakim klanı və onun senarisi ilə oynayan muxaliufəti bərk narahat etdi, həm də əsası odur ki, bu çəmiyyətin yaralarını bütün çılpaqlığı ilə ortaya qoydu. Fəaliyyət göstərdiyi 1 ildə hakim trayb tərəfindən 2 dəfə bloklanmasına, daim hətta muxalifət tərəfindən təxribatlara məruz qalmasına baxmayaraq, nəinki auditoriyası azalmır, əksinə  yüksəlişə doğru gedir.

“Azerfreedom” həm də xalq üçün elə bir açıq tribunadır ki, burada hər kəs öz fikrini “on-layn”, sərbəst surətdə ifadə etmək imkanına malikdir. Bu da ölkənin siyasi məkanında az-çox tanınmış adamların əsil simasıni görmək üçün yaxşı girəvə əmələ gətirir.

Son efirlərin birində KAXCP sədri Mirmahmud Mirəlioğlu Q. Məmmədovun qonağı oldu və talış xalqının tarixinə yeni bir hücumu ilə yadda qaldı. Ona görə “yeni bir” yazdım ki, belə çoxsaylı hücumlardan birini hələ keçən əsrin 80-cı illərin sonlarında onun həmtayfası Sabir Rüstəmxanlı etmişdi, Talış dağlarını “Yardımlı dağları” adlandırmaq fitnəsinə bulunmuşdu.

İndi də həmkəndlisi Sabirin adepti kimi Mirəloğlu da kumirinin bu fitnəsini inkişaf etdirərək belə bir hədyan irəli sürdü ki, sən demə Talış dağlarımızın adının bu cür adlanmasının tarixi 1962-çi ildən başlanır. Elə burdaca bu seyid övladına bir mənbə göstərim ki, gedib biliyini artırmaq üçün oxusun. 1948-ci ildə Bakıda nəşr olunmuş “Gənclər üçün məlumat kitabı”nda kifayət qədər Talış dağları, Talış meşələri, Talış zonası, Talış iqtisadi rayonu ifadələrini oxuyub özünü feyziyyab etsin və bir də 1962-çi il rəqəmini dilinə gətirməsin. Ağappaq saqqalından utanıb yalan danışmasın.

İndi də kecirəm söhbətimin əsas məğzinə. Yəni gəlirəm mətləb üstünə.

Mən  Mirmahmud Fəttayevlə ADU-nun tarix fakultəsində bir yerdə oxumuşuq. Hətta bir parta arxasında oturmuşuq. Onu obyektiv və ədalətli bir şəxsiyyət kimi tanımışam, həmişə dost münasibətimiz olub. Universiteti qurtarandan sonra isə təmasımız olmayıb. Həmişə onun ədalətli olmasına inanmışam. Onun Məmmədovla debatda söylədiyi saxta fikirlər isə belə bir tarixi təcrübəni bir daha sübut etdi ki, faşist məfkurə nəinki ən saf əqidəli adamları azdırıb haqq yolundan uzaqlaşdırır, hətta belə insanların şəxsiyyətini dağıdıb xəcalət çəkmədən ən həyasız yalan danışmağa belə vadar edə bilir.

Haliyədə Azərbaycan dövlətinin yeritdiyi qatı türk millətçiliyi siyasəti cəmiyyətdə ictimai fikri elə bir hala salıb ki, əhalinin mütləq əksəriyyəti sağlam məntiq qabiliyyətini tamam itirib. Bir tərəfdən Qarabağı qaytarmağı özləri üçün əsas məqsəd elan edirlər, elə ordaca qışqırırlar ki, biz hamımız türkük. Davamında da vəcdə gəlib deyirlər ki, gedib Təbrizi də azad etməliyik. Bu arada bir ağlı yerində olan bunlara publik yox haa, xəlvəti, pıçıltı ilə də olsa demir ki, a kişi, hələ bir caya çatginən, sonra balaqını çırmalayarsan.

Elə bu Mirəlioğlu da dəfələrlə Borcalının Azərbaycan torpağı olmasını gurultulu sözlərlə bəyan etmişdi. Onun ürək dostu, cigərparəsi İskəndər Həmidov da Borcalı türkləri üçün muxtariyyət tələb etməyə çağırırdı. Bu cür söhbətlərin hamısı “Azerfreedom”da edilmişdi, bu da onun məziyyətini daha da yüksək səviyyəyə qaldırırdi. Halbuki, məntiqi olardı ki, biri onların qaldırdığı tozanağı yatırtmaq üçün desin ki, “Ha bə nooldu? Qarabağı nə tez və belə asanlıqla aldız, hindi də kecibsiz Təbrizlə Borçalıya, arada yolüstü Dərbəndə də baş çəkirsiz , ay dil pəhləvanları”.

Mənim bu məqaləmin qəhrəmanı Mirmahmud Mirəlioğlu da daha mənim tələbəlik dostum Mirmahmud Fəttayev deyil. Onun tam əks prototipidir. Azərbaycan türk dövlətinin apardığı faşist təbliğatı onun da sağlam məntiq qabiliyyətini əlindən alıb.  Onunla əlaqəsi olanlar yaxşı olar ki, bu faşist mövqeyinə yuvarlanmiış seyid Peyğəmbər övladına başa salsınlar ki,

a) “öz dilini saxlamış qədim türk tayfası” olan talışın indi danışdığı dil necə olur ki, ari dil ailəsinə mənsubdur? yəni Ari dili necə qədim türk dili ola bilər?

b) İndiki talışlar türk dilində təhsil aldıqları səbəbindən danışıq nitqində 2-3 türk mənşəli söz işlətmələri onların qədim türk olmalarına “sübut”dursa, onda bu dilin leksikonunda külli miqdarda ingilis, alman, isveç, norveç, fransız, rus və s. dilləri ilə yüzlərlə leksik paralellər də sübutdurmu ki, Talışlar həm də qədim alman, ingilis, rus və s. xalıdır?

c) Talış dağlarının adı həmişə bu cür adlanıb, ta ki, 1962-ci ildə (məndə həmin xəritənin 1965-çi il nüsxəsi indi də qalır) Az.SSR xəritəsində həmin dağları 3 hissəyə bölüb şimaldan cənuba Peştəsər, Burovar, İranla sərhəddə olan hissəni isə Talış dağları adlandırdılar. Hazırda türk faşizminə yoluxanlar əsaslandırmağa çalışırlar ki, Talış dağları Azərbaycanda yox , sən demə İran ərazisində yerləşirmiş. KAXCP-nin sədri isə bu yalanı daha da inkişaf etdirir ki, guya bu dağların adı sən demə heç Talış deyilmiş, 1962-çi ildə uydurulubmuş.

d) Talış etnonimli məntəqələrin 1918-ci ildən Azərbaycan adlanan bu respublikanin ərazisinə yayılmasının dəqiq tarixi var, Mirəlioğlu bunu bilmir, bilmək istəyirsə gedib ez həmfikirlərinidən soruşsun ki, əgər talışlar həqiqətən “qədim türk tayfası”dırsa, bəs onda MM-in onun pantürk mərəzinə yoluxmuş kolleqaları həmin məntəqələrin adlarını niyə dəyişdilər? Çünki, onların Fəttayevdən fərqli olaraq bu kəndlərin yaranma tarixindən cox yaxşı xəbərləri var, gözəl bilirlər ki, oranın əhalisi sonralar eyni ilə tatlar kimi türk dilinə keçmiş talışlardan ibarətdir. Mirəlioğlunun bu çur saxtakarlığın səbəbi isə çox sadədir . Yaxşı başa düşür ki, bu tarixi həqiqətləri uydurmalarla əvəzləmədən, Talış xalqını və onun tarixini məhv etmədən, mədəni nailiyyətlərini, tarixi şəxsiyyətlərini oğurlayıb türkün adına yazmadan “Böyük Türan imperiyası” xülyasını xalqa sırımaq mümkün olmaz. Ona görə hətta öz Cəddinə belə xəyanət etməkdən cəkinmir.

Zahirəddin Ibrahimi .

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP