B.Britaniyanın XİN-i: Bakıda cinayətkarlıqla mübarizənin səviyyesi çox aşağıdır։ çalışın heç kimə rüşvət verməyin

İngiltərənin Xarici İşlər Nazirliyi final üçün Bakıya gedəcək vətəndaşlarını xəbərdar edib:

TolishMedia informasiya agentliyi xəbər verir ki, qurum vətəndaşlarını Bakıda çox ehtiyatlı olmağa çağırıb.

“Final oyunu ərəfəsində insanların sıx toplaşdığı yerlərdə, bar və “pub”ların qarşısında, otellərdə dinc insanlara qarşı terror aktları törədilə bilər. Ona görə də ehtiyatlı olun.

Bakıda cinayətkarlıqla mübarizənin səviyyesi çox aşağıdır. Siz şəhərin mərkəzində, barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona görə də, az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin. Çalışın heç kimə rüşvət verməyin.”

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP