Ənvər Börüsoy: Cəlilabadda, Biləsuvarda, Yardımlıda bir nəfər də talış yaşamır

Cəlilabadda, Biləsuvarda, Yardımlıda bir nəfər də talış yaşamır, amma buranın hamısının boynuna qoyur ki, sən talışsan.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti Ənvər Börüsoy deyib.

Onun sözlərinə görə Türkmənistanın, Qazaxıstanın qaz xətləri dənizin dibi ilə Azərbaycan üzərindən dünya bazarına çıxacaqsa, İranın qazının dünya bazarında ixracının əmsalı, yəni satış bazarı ölür və İran da buna görə narahat olur. Ona görə də İran başlayır bir tərəfdən Azərbaycanın cənub regionunu qızışdırır, yəni talış etnik separtazimini qabardır, digər tərəfdən də dindarları qızışdırır.

“Bundan ötrü İran Gilan vilayətində 5 dənə mərkəz yaradıb. Talış dilində jurnal buraxır, mədəniyyət mərkəzi yaradır. İran hökumətinə sual olunur, dünənəcən niyə yaratmırdın, bu gün yaradırsan? Xeyir ola, ilin-günün bu vaxtında sənin vətəndaşın acından ölür, amma sən bu layihələrə milyonlarla pul tökürsən? Çünki İran cənub regionunda ölkədaxili ikinci etnik separatizim meydanı yaratmaq istəyir. Bu da alınmayacaq. Ona görə ki, bu regionun – Masallının, Lənkəranın, Astaranın əhalisinin elə bir niyyəti yoxdur. Cəlilabadda, Biləsuvarda, Yardımlıda bir nəfər də talış yaşamır, amma buranın hamısının boynuna qoyur ki, sən talışsan. Talışlar Lənkəran, Lerik, Astara, Masallı rayonlarında yaşayır. Özü də onlar da orada bizim azərbaycanlı əhali ilə iç-içə olan xalqdır və heç əti də dırnaqdan ayırmaq olmaz, bunlar bir yerdədirlər. Min illərdir birgə yaşayan xalqlardır, heç vaxt da problemləri olmayıb. Nə vaxt orada problem yaranır, o vaxt ki, xarici müdaxilə var. Xarici müdaxilə yoxdur, hamı da bərabərlik içindədir. Türkiyədə də həmin şeydir. İndi kürd problem Türkiyədə niyə yoxdur? Ona görə ki, Türkiyənin daxilində xarici müdaxilə yoxdur”, – deyə Ənvər Börüsoy bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP