Lənkəranda partlayış olub, ana və oğlu xəsarət alıb

Lənkəranda baş verən partlayış bir ailənin 2 üzvünü xəstəxanalıq edib.

TolishMedia informasiya agentliyinin bölgə müxbirinin xəbərinə görə , Girdəni kənd sakini, 40 yaşlı Hədiyyə Salman qızı Hadıyeva yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış baş verib.

Yaxınları güman edir ki, mebelin yerini dəyişərkən ehtiyatsızlıqdan qaz sobasının açarına dəyən əşya onun açıq qalmasına səbəb olub. Qaz sızması partlayışla nəticələnib. Evdə yanğın baş verməsə də, H.Hadıyeva və oğlu, 9 yaşlı Yusif Hadıyev xəstəxanaya aparılıb.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP