Beyləqan “N” saylı hərbi hissədə silahlı insident olub: Müdafiə Nazirliyi hərbçisinə sahib çıxmır

Samux rayon, Çobanabdallı kənd sakini, 19 yaşlı əsgər Nəbiyev Məmməd Asif oğlu Beyləqan “N” saylı hərbi hissədə dünən başına avtomatın qundağı ilə vurulub, beyin sarsıntısı keçirib, heç kimi tanımır.

TolishMedia informasiya agentliyi xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb.

“Ailəsi yanına gedib, rəsmi olaraq deyiblər ki, əsgəri gün vurub. Müdafiə Nazirliyi açıqlama vermir, yalan danışır, hərbçisinə sahib çıxmır.

Biz bacardıqca sahib çıxaq, ictimailəşdirək, bu dedovşina, bu yalanlar, hərbçilərin qanına susayanlar qanun qarşısında cavab versinlər”- deyə Həbib Müntəzir bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP