Qənimət Zahidov TMR Prezidenti Ələkrəm Hümmətova cavab verib

TMR Prezidenti Ələkrəm Hümmətov Turankanal TV-dən öz  haqqında söylədiyi əssassız böhtanlara cavab haqqı tələb edib.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə TMR Prezidenti Ələkrəm Hümmətov “Facebook” şəbəkəsinin öz səhifəsində yazıb.

“Haçansa, tarix “elmi”ylə guya məşğul olan, Azərbaycan Respublikasının Elmlər akademiyasının Tarix institutunun sabiq əməkdaşı, müxtəlif formalarda AR-da Şiyə islamının yarada biləcəyi qondarma təhlükələr barədə, tərtib etdiyi “əsərlər”lə xüsusi xidmət orqanlarını yanlış istiqamətləndirən, az-çox “tanınan” Arif Yunusovun, Turankanal TV-də, Qənimət Zahidovun “söz arası” verlişində haqqımda söylədiyi əssassız böhtanlara cavab haqqı tələbimə, Qənimət Zahidovun cavabı təqribən belə, çox qısa oldu:-“Sizin bizim kanalda çıxışınız, mənim mənsub olub, xidmətində dayandığım qrupun maraq və ictimai nufuzuna xələl gətirər”!
Bax belə…. bu da, ölkənin liberal demokratiya carçısının, Talış xalqının nümayəndəsinə münasibəti, dedim ki, bilməyənlər də bilsin!….” – deyə Ə. Hümmətov bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP