Masallı rayonunda ağır yol qəzası baş verib

Masallı rayonunda ağır yol qəzası baş verib.

TolishMedia informasiya agentliyi xəbər verir ki, ötən gün axşam saatlarında Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsindən keçən hissəsində “Mercedes” markalı, 10 MT 517 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

Hadisə nəticəsində sürücü və 3 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Yaralılardan 36 yaşlı Ramal Həsənov tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP