Azərbaycanın Rus İcmasının sədri: Azərbaycanda hər bir kəs öz dilini, dinini qoruyub-saxlayıb, öz dilində danışır, talış, ləzgi, gürcü dillərində dərsliklər, qəzetlər nəşr edilir

“Azərbaycanda qeyri-tolerantlıq, diskriminasiya yoxdur, ölkədə şovinizmə yad münasibət var. Azərbaycan çoxmillətli dövlətdir, lakin dövlətin unikallığı bunda deyil. Dövlətin unikallığı ondadır ki, hər bir kəs öz dilini, dinini qoruyub-saxlayıb, öz dilində danışır, talış, ləzgi, gürcü dillərində dərsliklər, qəzetlər nəşr edilir. Azərbaycanda unikal etnik sülh yaranıb”.

TolishMedia informasiya agentliyi xəbər verir ki, bunu Milli Məclisin deputatı və Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, milli azlıqlara münasibət Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir: “Azərbaycan Konstitusiyası beynəlxalq prinsiplər əsasında hazırlanıb. Bu Konstitusiyaya uyğun olaraq, dövlət irqindən, dinindən, siyasi mənsubiyyətindən, əmlak səviyyəsindən asılı olmayaraq, hər kəsin hüquqlarını qoruyur. Bu, çox vacib məsələdir. Azərbaycanda hüquqların qorunması yalnız sənəddə öz əksini tapmayıb, əməldə də ona riayət edilir”.

Qeyd edək ki, Azərbaycan höküməti talışların və talış dilinin  məhv etmə siyasəti aparır və hətta əhalisinin 98 faizi talış olan Lerik rayonunda heç bir məktəbdə Talış dili dərsi tədris olunmur. Heç dərs cədvəllərində belə Talış dili yoxdur.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP