Şoumen və kloun Zakir Həsənov

Biz talışlar hәlә 10 il qabaq deyirdik, bütün bu silah-sursat alışı, parad vaxtı bulvarda onları tamaşaya çıxartmaq, müxtәlif sәviyyәlәrdә “lazım gәlәrsә, ermәnilәri bir günә darmadağın edәcәyik” hәdәlәri daxili auditoriyaya hesablanmış şoudan başqa bir şey deyil. Heç kim Azırbaycana Qarabağa tәrәf bir güllә atmağa belә cürət etmәyәcәk İki il qabaq neçә yüz әsgәrin qanı bahasına baş vermiş aprel hücumu da icazәli bir aksiya idi, ancaq ölkә daxilindә istifadә üçün. Özü dә Qarabağda deyil, әtrafında olan bir tәpә uğrunda idi. Gördünüz ki, indi müdafiә naziri deyir ki, beynәlxalq vәziyyәt bizә müharibә başlamağa imkan vermir! 10 il bundan qabaq da belә idi. 10 il, 20 il sonra da belә olacaq. Yәni bu qәtidir ki, Qarabağın hәrbi hәlli yolu yoxdur. Sülh yolu ilә hәll etmәk üçün dә әvvәl ermәnilәrlә sülh imzalanmalıdır vә dostluq әlaqәlәri bәrpa edilmәlidir. O şeyi ki, artıq bir neçә ildir dövlәtin rәhbәrlәri dönә-dönә deyirlәr vә icra da olunmaqa yön alıb getmək üzrədir.. Yәni ermәnilәrlә müxtәlif sәviyyәlәrdә münasibәtlәr artıq bәrpa olunur. Çox az bir zaman keçәcәk ki, ermәnilәr Bakıda, azәrbaycanlılar İrәvanda gәzib şәnlәnәcәklәr. Ay sadәlövh talışlar, siz öz başınıza çarә qılın! Ermәni istәdiyi hәr şeyi alacaq, hәlә ona qardaş da deyәcәklәr.

Amma sәnә bu gün Qarabağda ölәndә “qardaşıq” deyirlәr, necә ki, haqqını tәlәb etsәn, separatçı deyirlәr, onda da belә olacaq… Zakir Həsənov isə kloun və şoumendir.

Rost Merd.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP