Cəlilabad rayonun Mərkəzi Xəstəxanasında ana ölümü hadisəsi olub, baş həkim İlham Əliyevin başı isə 4000-5000 manat alaraq sağlam adamlara saxta pensiya düzəltməyə qarışıb

Dünən səhər saatlarında Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ana ölümü hadisəsi olub.

TolishMedia informasiya agentliyi xəbər verir ki, bunu jurnalist Əfqan Sadıqov “Facebook” sosial şəbəkəsinin öz səhifəsində yazıb.

Verilən məlumata görə keysəriyyə əməliyyatı zamanı həkimin savadsızlığımı, məsuliyyətsizliyimi ucbatından hansısa daxili orqan zədələnmiş və nəticədə qanaxma baş vermiş və ana dünyasını dəyişmiş.

“Baş həkim İlham Əliyev iki gündür qaçıb gizlənərək məsuliyyətdən və öz vicdanı qarşısında hesab verməkdən “qurtulub.” Baş həkim İlham Əliyevin başı 4000-5000 manat alaraq sağlam adamlara saxta pensiya düzəltməyə qarışıb. Rədd olsun səhlənkar, savadsız, qəssab, cibgir, məsuliyyətsiz həkim, səhiyyə.
Vətəndaşların axırına çıxdılar.” – deyə Ə. Sadıqov bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP