2-cu qrup hərbci əlil Bəhruz Məhəmmədov: Bu vətən üçün savaşmışam, amma dövlət ücün cüzi olan qəpik-quruş pulumu ala bilmirəm – VİDEOÇARX

Bu vətən üçün savaşmışam, amma dövlət ücün cüzi olan qəpik-quruş pulumu ala bilmirəm.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bu sözləri Naftalan sakini 2-cu qrup hərbci əlil Bəhruz Məhəmmədov bir ay bundan əvvəl özünün video müraciətində deyib.

“Mənə dövlət tərəfindən vaxtilə xidmətdə olarkən istifadə etmədiyim məzuniyyət və geyim pulu verilməlidir. Amma 4 ildir ki, o pulu ala bilmirəm. Şirkətdə işləyən adam zədə alır, şirkət ona 50 min manat pul ödəyir. Hansı ki, həmin adam sağlamdır və işləmək qabiliyyəti var. Mən isə bu günlərdə güclə olsada 1-ci qrup əlillik stausunu almışam.Bu vətən üçün savaşmışam.

Amma dövlət ücün cüzi olan qəpik-quruş pulumu ala bilmirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlara müraciət etmişəm. Müraciətlərimə oxşar cavablar gəlir.

Məktublarıma verilən cavablar arasında bir cavab məktubu mənə lap pis təsir etdi. Məktubda deyilir ki, “Nəzərə almağınız xahiş edirik”. Mən dövləti nəzərə almalıyam. 23 ildir mən sizi nəzərə alıram, bir dəfə də siz məni nəzərə alın da, nə olar ki?” – deyə B. Məhəmmədov bildirib. 

TolishMedia informasiya agentliyinə daxil olan məlumatlara görə, indi isə Naftalan şəhər Məşğulluq Mərkəzinin direktoru Anar Əliyev Naftalan sakini 2-cu qrup hərbci əlil Bəhruz Məhəmmədovu məhkəməyə verib ki guya Video muraciət etməklə onun məmur şərəf və ləyaqətini alcaldib.Şərəf və ləyaqətini ləkələdiyi ücün 2-cu qrup əlildən 150000 min manat təzminat istəyir.

Qeyd edək ki, məhkəmə bu gün  SAAT 15-30-da Naftalan Məhkəməsində olacaq.

 

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP