Milliyyətcə talış olan hərbi əlil Astara rayonun icra hakimiyyətinin qəbuluna düşə bilmir

Milliyyətcə talış olan hərbi əlil Astara rayonun icra hakimiyyətinin qəbuluna düşə bilmir.

TolishMedia informasiya agentliyi xəbər verir ki, bunu Yunus Qulamov adlı istifədəçi “Facebook”  sosial şəbəkəsinin öz  səhifəsində  yazıb.

“Məmmədov Bəxtiyar Xankişi oğlu Astara rayonu Kakalos kəndində yaşayır. Hərbi əlil olan Bəxtiyarın  iki oğlu var. O hazırda hərbi xidmətdədir. Böyük oğlu hərbi xidmət zamanı xəsstələnib özünün dediyinə görə epilepsiya xəstəliyinə tutulub. İmkansızlıqdan müalicə oluna bilmir. Özünün 10 barmağı hərbi xidmət zamanı ampulitasiya olunub. Vəziyyətini danışmaq üçün Astara rayon icra hakimiyyətinin qəbuluna düşə bilmir. yerli icra nümayəndələri mane olurlar. Ev şəraiti bərbaddır. birotaqlı daxmada yaşayır. Ən böyük arzusu Astara rayon icra hakimiyyətinin başçısını görüb dərdini anlatmaqdır” – Yunus Qulamov statusunda bildirilib.

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP