Lənkəran rayonuna yeni hərbi prokuror təyin edilib

Lənkəran rayonuna yeni hərbi prokuror təyin olunub.

TolishMedia informasiya agentiliyinə daxil olan məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Z. Qaralaovun Əmrinə əsasən, ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub.

Faktı Respublika Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.

Qeyd edək ki, bundan əvvəl Z. Qaralaovun digər əmri ilə ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Lənkəran rayon hərbi prokuroru vəzifəsindən azad edilərək Füzuli hərbi prokuroru vəzifəsinə təyin olunubdu.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP