Zəhirəddin İbrahimi: Talış dağlarında türk torpağı necә ola bilәr?

Pantürkizmin insanları normal düşüncә tәrzindәn mәhrum etdiyi hamıya mәlumdur. Vәziyyәt elә kritik hәddә yetişib ki, Azәrbaycanın tәhsil sistemi artıq 30 yaşından aşağı cavanların әksәriyyәtini bu sağalmaz xәstәliyә yoluxdurub vә onlar robot kimi beyinlәrinә yeridilmiş yalanları tәkrarlamaqdan başqa heç nә bacarmırlar…

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Talış Xalqının Hüquqlarının Qorunması Beynəlxalq Komitəsinin sədri Zəhirəddin İbrahimi “Facebook” sosial şəbəkəsinin öz səhifəsində yazıb.

Onun sözlərinə görə bəzi pantürklər Rәştdәn Bilәsuvara qәdәr uzanan Talış sıra dağlarında yerlәşәn bәzi әrazilәri qәdim türk torpağı adlandırırlar. Hәlә bu azmış kimi talış toponimlәrini türk dilindә izah etmәyә cәhd edirlər vә talışları gәlmә adlandırırlar.

“Soruşuram, Talış dağlarında türk torpağı necә ola bilәr? Bu hәmin tәfәkkürdür ki, Fәlәstini yәhudi torpağı adlandırır. Çünki eyni mәnbәdәn qaynaqlanır.

Tәsәvvür edirsiz, dağın adı Talışdır, amma orda yerlәşәn Zuvand, Orqand, Yardımlı, Cәlilabad, Bilәsuvar türk torpağıdır. Ümumiyyәtlә, ağlı başında olan adam belә söz deyә bilәr? Görün, pantürklәr nә qәdәr hәyasızlaşıblar ki, utanmadan belә iddialar edirlәr, hәlә buna dәlil dә axtarırlar. Talış dağlarında hәr addımda rast gәlәn qoç heykәllәrini oğrayıb apamaqları azdır, hәlә bu heykәllәrin qәdim türk sivilizasiyana aid olduğunu tәsdiqlәmәk vә bunu heykәllәrin olduğu әrazilәrin türk torpağı olmasına sübut kimi göstәrmәk artıq şizofreniyadır. Yәni sağalması mümkün deyil” – deyə Zəhirəddin İbrahimi bildirib.

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP