Iransoylu xalqlara məxsus simvollar

Bu simvolların hər biri qədimi İran simvolları olub, İransoylu xalqlara məxsusdur. Burada, Azərbaycan Respublikasında’da çox məşhur olan və tez tez azərbaycan türkləri tərəfindən Azərbaycanın milli simvollarından biri kimi təqdim edilən Butanı (Sarv) görə bilərsiniz. Həmçinin Alman nasistlərinin simvolu kimi bütün dünyada tanınan məşhur Qarduneye Xorşidi görə bilərsiniz.

Əslində Qarduneye Xorşid,faşist Hitler Almaniyası tərəfindən, İranlılardan simvol olaraq mənimsənmişdir. Çünki Hitler, alman millətinində mənsub olduğu Cermen irqiylə, Aryan (Ari) irqindən olan insanların çoxlu evliliklər edərək yeni bir Cermen-Aryan irqinin yaranmasını qarşısına məqsəd qoymuşdu. Hitler, tarixi əsas gətirərək düşünürdü ki, Aryan (Ari) irqindən olan insanlar çox döyüşkən, istedadlı və istehsalçı və gözəl&yaraşıqlı olurlar. Hitler, aryan irqindən olan insanlarla evləndirilmələri üçün boylu-buxunlu, sarışın, mavi gözlü alman qızları və kişilərinin seçilməsi əmrini vermişdi.

Qətiyyən çirkin birisini sıralarına almırdılar. Məhz buna görə qədimi İran mifologiyasında, Aryan irqini təmsil edən Qarduneye Xorşid nişanəsini, Nasist Almaniyasının simvolu olaraq seçmişdilər. Hitlerin törətdiyi əməllərə görə, bugün Almaniya başda olmaqla birçox dünya ölkələrində Qarduneye Xorşid simvoluna qadağa qoyulmuşdur. Lakin birçox araşdırma aparan insanlar bilir ki, bu simvolun kökü İrana gedib çıxır. İran demişkən bu arada bir məlumatıda verək ki, İran adı Ariyan adından yaranmışdır. Arilərin (Ariyan) irqindən olan insanların vətəni mənasına gəlir.

Qeyd: Tatlar (Qafqaz Parslarıda) ariyan irqinə mənsubdur.

Tat Xalq Hərəkatı

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP