Talış cüdoçu Avropa oyunlarında bürünc medal qazanıb

Belarusun paytaxtı Minskdə keçirilən avropa oyunlarında talış cüdoçu Elmar Qasımov (100 kg) bürünc medal qazanıb.

TolishMedia informasiya agentliyinin verdiyi məlumata görə, bu barədə “Facebook” sosial şəbəkəsinin talış sektorundan olan bir istifədəçi öz  səhifəsində yazıb.

Onun sözlərinə görə, talış cüdoçu Ukrayna və Estoniya cüdoçularına qalib gəldikdən sonra fransız rəqibinə məğlub olub.

“Daha sonra çernoqoriyalı rəqibinə qalib gəldikdən sonra bürünc medal uğrunda görüşdə xorvat rəqibini məğlub edərək üçüncü yerin sahibi olub” – deyə talış istifədəçi bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP