İranşünas Vardan Voskanyan: Azərbaycan təbliğat maşını narahatdır

Azərbaycan KİV-ləri son günlərdə böyük bir isteriya qaldıraraq, bir-birinə istinadən yazırlar ki, Yerevanda son dərəcə təvazökar şəkildə 3-cü beynəlxalq talışşünaslıq konfransı keçirilib.

TolishMedia informasiyan agentliyi Ermənistanın ictimai radiosuna  istinədən xəbər verir ki, bunu Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan deyib.

Professor Vardan Voskanyan Yerevanda keçirlimiş beynəlxalq talışşünaslıq konfransı ilə bağlı Azərbaycanda səsləndirilən ittihamlara sərt reaksiya verib.

“Mayın 24-25-də Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının səyləri ilə 3-cü beynəlxalq talışşünaslıq konfransı təşkil olunub. Həmin konfrans 2004-cü və 2011-ci illərdə təşkil olunmuş konfransların davamı idi. Təbii ki, Azərbaycan təbliğat maşını tamamilə elmi, akademik tədbirlərinin təşkilindən narahatdır, çünki Azərbaycan içində ən xoşbəxt vəziyyət olsa belə, talışlar belə bir konfransın təşkil olunmasını düşünə bilmirlər. Talış xalqı öz iradəsindən asılı olmayaraq, Azərbaycan tərkibinə daxil edildikdən sonra təzyiqlərə, davamlı assimilyasiya siyasəti, insan hüquqlarının kobudca pozulmasına məruz qalıb”,- deyə Voskanyan qeyd etdi.

İranşünasın sözlərinə görə, Azərbacanda heç bir yerdə talış dili öyrədilmir.

“Universitet səviyyəsindən hələ danışmıram. Talış əhalisinin sıx yaşadığı yerlərdəki məktəblərdə bilə bu dil qadağandır”,- deyə o bildirib.

Vardan Voskanyan həmçinin qeyd edib ki, Ermənistanda talış dili, mədəniyyəti, tarixi, erməni-talış əlaqələrini yalnız ən yüksək akademik səviyyədə öyrənilmir. “Bunun çərçivəsində konfranslar da təşkil edə bilirik”.

Məqalənin müəllifi olan Fətulayevin konfransda aparılan müzakirələrdən heç bir məlumatı olmadığını vurğulayan iranşünas qeyd etdi ki, bu saxta və boş məlumatlarla dolğun məqalə Bakı diktatorunun sifarişidir.

“Qeyd etmək lazımdır ki, ilk dəfə konfransın təntənəli açılış mərasimində talış dilini ana dili kimi bilən erməni qızlar çıxış ediblər. Onlar talış deyil, erməni milli geyimlərində idilər.

Konfransda heç bir ingilis alim çıxış etməyib, lakin tədbirdə İran, ABŞ, Ermənsitan, Rusiya, Fransanın elm dünyasının nümayəndələri iştirak ediblər.

Voskanyan xüsusilə vurğulayıb ki, digər ucuz, boş məqalələr kimi, bu məqalə də ciddi diqqətə layiq deyildir. Lakin bu məqalələr Azərbaycanda böyük narahatlığın göstəricisidir.

Hələ qorxular o dərəcəyə çatmış ki, başda Eynulla Fətullayev olmaq üzərə Bakı diktatorunun ağır artilleriyası hərəkətə keçməyə məcbur qalıb.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP