Masallıda ağır qəza: Kəlvəz kənd sakini müxtəlif dərəcəli xəsarətlə rayon xəstəxanasına çatdırılıb

Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

TolishMedia informasiya agentliyinin Masallı bürosunun verdiyi xəbərə  görə, hadisə nəticəsində 8 nəfər ölüb.

Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Bildirilir ki, Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı müxtəlif dərəcəli xəsarətlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. O, hazırda reanimasiyadadır.

Qəzaya düşənlər iki ailənin üzvləridir və toya gedirlərmiş.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP