TMR Prezidenti: Şəxsən mən özüm üçüncü Talışşünaslıq beynəlxalq konfransının keçirilməsi üçün, onun təşəbüskarlarına, təşkilətçilərinə minnətdarlıqımı bildirirəm, çox sağ olsunlar

TolishMedia informasiya agentliyi xəbər verir ki, Talış-Muğan Muxtar Respublikasının Niderlandda mühacirətda olan Prezidenti, polkovnik Ələkrəm Hümmətov bu gün Azad Talışıstan Televiziyasına verdiyi geniş müsahibədə Ermənistanda keçirilmiş üçüncü Talışşünaslıq beynəlxalq konfransı və Azərbaycan hakimiyyətinin qeyri-adekvat reaksiası  haqqında da danışıb.

“Mən elə hesab eləyirəm ki üçüncü Talışşünaslıq beynəlxalq konfransının keçirilməsinə biz ancaq bir insandakı, bir Allah adamı kimi ermənilərə minnətdar olmalıyıq.

Bir insandakı bir talışdakı şəxsən mən özüm üçüncü Talışşünaslıq beynəlxalq konfransının keçirilməsi üçün, onun təşəbüskarlarına, təşkilətçilərinə minnətdarlıqımı bildirirəm, çox sağ olsunlar. Heç olmasa onlar dünyaya elmi şəkildə talış xalqı adında bir xalqın talış dili adında bir dilin talış milləti adında bir millətin varlığı haqqında məlumat verirlər və talış dilinin yaşanması üçün onun elmi tədqiqi üçün nələrsə edirlər sağ olsunlar və çox istərdim ki heç olmasa bunu Azərbaycan höküməti üçün nümünə olsun,  Azərbaycan dövləti də bu istiqəmətdə bir zərrə qədər bir addım atsın.

Onların bir sözü var siz şəhid vermişsiz, bəli biz şəhid vermişik, bizim şəhidlərimizin əvəzində, bizim etdiyimiz xidmətlərin cavabında Azərbaycan bizə ne verib? Nə üçün Lənkəran universitetində  talış fakultası yoxdur? Niyə Lənkəranda və talışların kompakt yaşadığı bütün rayonlarda talış dilinin dərsləri fiktiv fomada ancaq kimlərinsə əmək haqqının artırılması üçün əlavələr kimi istifədə olunmalıdır? Niyə talış dilinin dərslərini keçirilməsi üçün kadrların hazırlığı olmamalıdır?

Hesab edirəm ki bütün bunların fonunda Ermənistanda üçüncü Talışşünaslıq beynəlxalq konfransının keçirilməsi biləvəsitə onların normal düşüncəyə sahib olması və Azərbaycan hökümətində normal düşüncəyə malik olmayan məmurların vəzifələrdə olmasının göstəricidir

Talış xalqı minnətdarlıq hissəsiylə Allaha da, ona xidmət eləyən insanlara da onunla çörək kəsib ona qiymət verənlərə də həmişə hörmətlə yanaşır. Mən hesab biz  millətimizin yaşamında az-çox, böyük-kiçik xidmət göstərən hər kəsə biz böyük hörmət və ehtiram göstərməliyik” – deyə Ə. Hümmətov bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP