Bu gün Azərbaycan hökuməti tərəfindən talış xalqına qarşı törədilən genosid günüdür – VIDEOÇARX

1992-ci ilin iyul ayının 16-cı günü Azərbaycan hökuməti tərəfindən talışlara qarşı törədilən genosid günüdür. Talış bu günü unutmamalıdır.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, 1992-ci ilin iyul ayının 16-də  Astarada Əbülfəz Əliyevin göstərişi ilə və “Boz qurd” terror təşkilatının liderlərindən biri olan İskəndər Həmidovun başçılığı ilə Astarada “Subtropik əməliyyatı” adı altında günahsız bir talış ailə öz evlərindəcə SOY QIRIMA məruz qalmışlar! Bütün ailə uşaqlı-böyüklü,qadınlı-kişili,hətta evdə olan qonaqlarla birgə iri çaplı silahlarla atəşə tutulmuş, ev içindəki adamlarla birgə yanıb külə dönmüşdür.

Hadisə Talış zonasında böyük səs kuya səbəb olub. Astarada mitinqlər təşkil olunub və 60 yaxın Talış ağsaqqalar Bakıya Ə . Əliyevin qəbuluna bu məsələyə görə gəliblər . Amma Ə.Əliyev bu ağsaqalar yaxına belə qoymayıb qəbul etməyib . Bu məsələ getdikcə böyüməyə başlayıb Talış qəhraman övladları Qarabağda döyüşürdu, Daxili İşlər Naziri olmuş Isgəndər Həmidov ölkə daxilində sabitliyin təmin etmək əvəzinə ölkədə ikinci böyük xalq olan Talış xalqına qarşı Genosid etdi.

Qeyd edək ki, İsgəndər Həmidov hələ ki, talış xalqının qanına əl batırdığına görə heç bir məsuliyyət daşımayıb. Bu məsələ hələ ki, açıq qalır.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP