Azərbaycanda son günlər qida zəhərlənmələri artıb

TolishMedia informasiya agentliyinin verdiyi məlumata görə, siyasi-satirik yazar, bloqer Həbib Müntəzir  “Facebook” sosial şəbəkisin öz səhifəsində  bildirib ki, Azərbaycanda son günlər qida zəhərlənmələri artıb: irniyyatdan, dönərdən, qarpızdan, çörəkdən… Ölkədəki qida sektoru alqı-satqısı da yuxarı vəzifəlilərin əlindədir.

Deyilir ki, dünən “Sədərək” Ticarət Mərkəzindəki “Meyvəli” bazarda yumurtadan kütləvi zəhərlənmə olub. “Meyvəli” sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovundur.

“Qiymətləri bahalaşdırırsız, xalqın cibinə girirsiz, hər üsulla soyursuz, heç olmasa qidalara nəzarət edin, camaatı zəhərləməyin də. Xalqı yox etsəniz, sabah kimi soyub, talan edəcəksiz axı?” –  deyə Həbib Müntəzir soruşub.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP