Ataxan Abilov: Azərbaycan hakimiyyəti Talış regionun dinc vətəndaşlarına qarşı terror hadisəsi törədib

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, iyul ayının 16-də vropada siyasi mühacir həyatı yaşayan talış hüqüq müdafiəçisi Ataxan Abilov “Facebook” sosial şəbəkəsinin öz səhifəsində  27 il bundan əvvəl Azərbaycan hakimiyyəti tərəfindən talış xalqına qarşı törədilən soyqırımı haqqında yazıb.

“Bu gün bədnam “Subtropik əməliyatı” və Şahağacı faciəsindən 27 il ötür.

Həmən əməliyyatla Azərbaycan hakimiyyəti özünün dinc vətəndaşlarına qarşı terror hadisəsi törətmiş, qanuna və hüquq qaydasına söykənə bilən heç bir sanksiya olmadan DİN-nin silahlı dəstələri Talış regionun o vaxtkı parametrlərlə az-çox varlı və təminatlı olan vətəndaşların evinə soxulmuş, onları gecə saatlarında qarət etmiş, qadınlara, uşaqlara, qocalara zor tətbiq etmişdir.

Bədnam əməliyyatın pik nöqtəsi isə Astaranın Şahağacı kəndində yaşanmış, vətəndaşın evini hökümət qumbara atanlarla partlatmış, həmin vaxt evdə olan, biri qadın, biri uşaq olmaqla 4 nəfər qətlə yetirilmişdir.

Ən pisi isə odur ki, bu əməliyyat və faciə indiyə kimi heç bir hüquqi qiymət almamış, terrorçular cəzasız buraxılmışdır” –  deyə Ataxan Abilov bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP