Talış xalqın bu günkü durumu

Salaməleykum, dostlar!

Tədricən Azərbaycanda Talış xalqı kölə, muti vəziyyətə salınır. Rayonlarda İsra rəhbərliyi, prokuror, məhkəmə, natarius, polis rəisləri qeyri- talışlardan təyin edilirdi. İndi artıq keçiblər orta məmur təbəqəsinin də qeyri- talışlardan təyin edilməyə. Məktəb və texnikum direktorları, bələdiyyə sədrləri, şadlıq evlərin sahibkarları, bazarkomlar, market sahibkarları yerli olandan da zorla, hədə ilə ələ keçirirlər. Savadlı Talış əsilli mutəxəsisləri test imtahanınfan yüksək nəticə göstərdiyindən, kutləvi surətdə Azərbaycanın digər regionlarına göndərilir. Əvəzində kəmsavad qaçqın, qeyri – talışlardan Talış diyarınfa məktəbləri, müəsisələri ” doldururlar”! Niyə? Sonra Talış diyarında, məktəbdə həmin müəllimlər uşaqlardan tələb edirlər ki, ” Talış dili yoxdur! O, nə dildir , o dildə danışırsız, ay uşaqlar? O dildə danışmayın!”

Şadlıq evlərində muğənnilərdən sifariş edirsən ki, Talış mahnısı oxu, Talış rəqsi çalın! Nə olsa yaxşıdır? Muğənni yalvarır ki, “mənim balalarım var, müəllim! Bizə tapşırıblar ki, o dildə oxumayaq. Nə olar, bizə yazığınız gəlsin, balalarımız üçün çörək pulu qazanırıq…”

Fikir verin, Lənkəranda, Massalıda, Cəlilabadda, Lerikdə , Sumqayıtda mən özüm bunun şahidi olmuşam və ya eşitmişəm. Görün böyük bir xalqı nə günə qoyurlar? Hətta öz döğma yurdunda toya tomadaçıq edən (hətta) nacçıvanlıdır. Həmin tomada həm də məktəb direktorudur. “Hətta” toyə muğənnilərin gətirilməsində də mustəsna rol oynayır. Mahnılarda, tamadanın “türk torpağına xoş gəlmisiniz” kimi bəyanatına (Massalıda, Hişkədərə kəndi) gənc talışlardan birinin etirazına səbəb olur: “Axı bura Talış torpağıdır! Haçan oldu Türk torpağı!”

Nə olsa yaxşıdır? Həmin gənci Tamadanın arzusu ilə toydan uzaqlaşdırırlar. Görün Talış torpağı nə günə qalıb? İndi diyəsən toy və mərasimlərə də qeyri- talışlar rəhbərlik edəcək? Ay bədbəxt millət, sən nə günə qaldın?

Mən Lənkəranda, Rvo kəndində, şadlıq evində Talış mahnısı sifariş etdim. Eyni mənzərə. Muğənni qadın muğənni idi. Sumqayıtda “Qubadlı” şadlıq sarayında muğənniyə Talış muğamı oxuçağı xahiş etdim. Muğənni Talış idi Defi ki, mən Talış muğamı bilmirəm! Məcbur oldum ona sual verdim ki, “muğam, muğamat” sözlərin mənasın Türk dilində de. Heç cürə izah edə bilmədi. Talış xalqın muğənniləri 1500- 2000 il əvvəl Muğam oxuyanda, türklər Altayda muğənniləri şamanlar idi. Talış dilində ” muğam” sözün mənası ” ana kədəri” deməkdir . (Mo- ğəm) “Moğəmat ” sözün Talış dilində mənası “ana kədərinə mat qalmaq” (mo- ğəm – mot)

Ey ulu Talış xalqı, doğurdan da, Sənin kimi mohtəşəm xalqı qul ediblər? Sənin öz balan, öz xeyir- şərində öz doğma dilində mahnı, rəqs eşitməsin? Biz bu qədər muti, qorxaq niyə olmuşuq?

Özümüzün doğma diyarında, oborigen xalq (yerli xalq) ola- ola…

Seydəmir Məmmədov

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP