Pəlikeş kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

TolishMedia informasiya agentliyinin Astara bürosunun verdiyi məlumata görə, Astara rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Pəlikeş kəndində “Ağ körpü” kimi tanınan ərazidə baş verib.

Tüləgivan kənd sakini Ədalət Şəkərovun idarə etdiyi UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda keçinib.

Qəza zamanı avtomobildə olan sərnişinlər digər sərnişinlər, 1980-ci il təvəllüdlü Müqəddəs Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Gülməmmədov isə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP