Rövşən Məhmudov: Talış xalqının milli oyanış prosesi yeni strateji səviyyəsinə yüksəlib

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, Talış-Muğan Muxtar Respublikası Mühacir hökümətinin Energetika naziri Rövşən Məhmudov iyul ayının 19-da “Youtube” şəbəkəsinin TMMR Mühacir hökümətinə məxsus olan kanalına geniş müsahibə verib.

Rövşən Məhmudov qeyd edilən müsahibədə TMMR energetika və siyasi sahələrində mövcud olan problemlərinə toxunaraq deyib ki, talış xalqının son illərin ən böyük nailiyyətlərindən biri də TMMR Mühacir hökümətinin yaradılmasıdır.

Rövşən Məhmudovun sözlərinə görə, hal-hazırda TMMR ərazisində yaşayan talışların arasında və dünya müxtəlif yerlərdə yaşayan talış icmalarında Talış Milli Hərəkatının nüfuzu həddindən çox artıb və talış xalqının milli oyanış prosesi yeni strateji səviyyəsinə yüksəlib.

“Bu gün Azərbaycan hökümətinin talış xalqına qarşı aparılan antitalış siyasəti  talış xalqının inadlı müqavimətinə tuş gəlir. Şübhə etmirəm ki, geniş formada gedən bu milli oyanış prosesi təzliklə Talış dövlətçiliyinin bərpasıylə sona çatacaq” – deyə Talış-Muğan Muxtar Respublikası Mühacir hökümətinin Energetika naziri bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP