TMR Prezidenti: Talışlar da, vaxt gələr, öz mətbuat günlərini qeyd edəcək vaxtlarını yaradacaqlar

Azərbaycan Respublikasında mətbuat günü kimi bayram edilir. Çox yəqin ki, həmin dövrlərdə də, indiki kimi, həmin Rusiya imperiyasının Cənubi qafqaz qəzalarında digər millətlər, Talışlar, Tatlar, Ləzgilər və digərləri yaşayıb, amma onların öz milli qeyrətinə sahib kişiləri ya olmayıb, ya da olub, amma gələcəyin necə olacağını anlamayıb, bu günkülər kimi, hümmətçiliyin girdabından çıxmağa cürət, yaxud cəsarətləri olmayıb!…

TolishMedia informasiyan agentliyini xəbər verir ki, bunu TMR Prezidenti, polkovnik Ələkrəm Hümmətov “Facebook” sosial şəbəkəsinin öz səhifəsində yazıb.

TMR Prezidenti, polkovnik Ələkrəm Hümmətovun yazının tam mətni sizə təqdim edilir:

XIX əsrin sonlarında, 144 il bundan əvvəl, bu günkü tarixdə, tək-tək ziyalılardan biri olan Həsən bəy Zərdabi, öz bilavasitə şəxsi vəsaiti hesabına, xalqın həyatının müasirləşməsində və yaşamının təminatında dilin rolunun mühümlüyünü anaraq, o vaxt, qafqaz tatar dili adlanan, türk dilində ilk “Əkinçi” qəzetini dərcinə başladı və bu gün… Azərbaycan Respublikasında mətbuat günü kimi bayram edilir. Çox yəqin ki, həmin dövrlərdə də, indiki kimi, həmin Rusiya imperiyasının Cənubi qafqaz qəzalarında digər millətlər, Talışlar, Tatlar, Ləzgilər və digərləri yaşayıb, amma onların öz milli qeyrətinə sahib kişiləri ya olmayıb, ya da olub, amma gələcəyin necə olacağını anlamayıb, bu günkülər kimi, hümmətçiliyin girdabından çıxmağa cürət, yaxud cəsarətləri olmayıb!…

Talışların yaşamının əsas təsiredici qüvvəsinin mətbuat olduğunu XX əsrin 30-cu illərində anlayan və yaranan imkanlardan bərhələnən Talışçı ziyalılar da, o dövrun hökümətinin yaratdığı şəraitdən bərhələnərək, qəzetlər dərc etmişlər. Onda, bəs Talış mətbuatının yaranma günü hansıdır, əlbəttə bilənlər var?!…

Yəqin ki, Talışlar da, vaxt gələr, öz mətbuat günlərini qeyd edəcək vaxtlarını yaradacaqlar, amma mən, bu gün, Ölkə səviyyəli mətbuat günü münasibəti ilə, hazırda mövcud olan, ağır maddi və inzibati dəstəyin olmamasından əziyyət çəkən, Talış mətbuatının bütün nümayəndələrini T Ə B R İ K edir, ağır məhrumiyyətlərdən xilas olmağı arzulayıram!…

Talışın mətbuat xadimləri, əziz Hovə və Boylilərim, bu ağır mərhumiyyətli işin ödəsindən, hazırda gəldiyinizə görə, minnətdarlığımızı qəbul edin!”

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP