Talış güləşçi bürünc medal qazanıb

TolishMedia informasiya agentliyinin Masallı bürosunun müxbiri xəbər verir ki, dünən iyul ayının 23-də XV Avropa Gənclərinin Olimpiya Yay Festivalı çərçivəsində keçirilmiş yarışda Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq – Gənclər İdman Məktəbinin yetirməsi olan hazırda yığma komandanın üzvü, şəhər sakini 2003-cü il təvəllüdlü Mircavad Nəbiyev 48 kiloqram çəki dərəcəsində sərbəst güləş idman növü üzrə bürünc medalın sahibi olub.

Qeyd edək ki, Mircavad Nəbiyev hal-hazırda  talış xalqının ən perspektivli gənc güləşçilərindən biridir.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP