Nizami Gəncəvi milliyətcə tatdır!

Nizami Gəncəvinin Tat olduğuna sizi əmin edə bilərik.

Nizami Gəncəvi  haqqda bəzi məlumatlara nəzər salaq. Əsl adı İlyas idi, təxəllüs olaraq Nizami təxəllüsünü seçmişdi. O illər isə bir çox şairlər soyadları yerinə, Ganjavi, Bakuvi, Şirvani kimi şəhər və bölgə adlarını soyad olaraq seçirdilər. Onlardan biridə digər Tat şairi Xəqani Şirvani idi, bugün ki dövrdə belə bu vardır, misal üçün: Rəşad Dağlı, Pərviz Bülbülə və s. Nizamidə şəhərinin adını soyad olaraq götürmüşdü. İlyasın (Nizaminin) anası Şəddadilər dövlətindən olan bir Kürd xanımı idi, adı Raisa idi.

Nizami şeirlərinin əksəriyyətini Pars dilində yazırdı. Bugün onun doğulduğu şəhər Azərbaycan Respublikası adlı ölkənin sərhədləri daxilindədir. Deyirlər ki, Nizami Azərbaycanlıdır, ama bir ağıllı çıxıb demir ki, axı bu yetim Azərbaycan adlı dövləti görməyib. Axı o vaxtlar Azərbaycan qurulmamışdı. Azərbaycanda tarixçilərin çoxu ya fikirlərini düzgün ifadə edə bilmirlər yada insanları axmaq yerinə qoyublar. Azərbaycan dərsliklərində böyük dəyişikliklərə ehtiyac vardır.

Nizami haqqda danışarkən, onu belə ifadə etmək lazımdır:

Nizami milliyətcə Tat idi, anası isə bir Kürd xanımı. O şeirlərini pars dilində yazmışdır. Onun doğulduğu şəhər Gəncədir və bu qədimi şəhər hal hazırda Azərbaycan Respublikası sərhədləri daxilindədir. Bunu yazsanız dünya dağılardı? Tatlarda bu torpaqların insanlarıdır. Hərşeyi türkləşdirərək, saxtalaşdıraraq Nizamiyə, qıpçaq vəya oğuz boyundan olan türk deyərək əlinizə nə keçir? Başa düşürük, Nizami, Xəqani səviyyələrində şairləriniz yoxdur ama oğurçuluqda yaxşı bir əməl deyil.

Tat Azadlıq Hərəkatı

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP