Baş bankir Elman Rüstəmov: Azərbaycanda əhalinin 98% deyib ki qiymət artımı gözləmir

Azərbaycan Respublikasının baş bankiri Elman Rüstəmovun sözlərinə görə  Azərbaycanda sorğu keçiriilib və bu sorğuda 98% əhali deyib ki, qiymət artımı gözləmirlər, onların heç bir inflyasiya gözləntisi yoxdur.

TolishMedia inforamasiya agentliyi xəbər verir ki, bunu  iqtisadçı ekspert, Real hərəkatının icra katibi Natiq Cəfərli “Facebook” sosial şəbəkəsinin öz səhifəsində yazıb.

Natiq Cəfərli Elman Rüstəmovun  qeyd edilən sözlərinə münasibət bildirib və deyib ki, bu biabırçı rəqəmdir.

“Bu gün istənilən vətəndaşın ən böyük çəkincəsi odur ki, qiymətlər artır və payızda daha çox artacaq – yəni, inflyasiya gözləntiləri cəmiyyətdə çox yüksəkdir. Amma baş bankir 98% kimi Şimali Koreya stilində bir rəqəm səsləndirdi. Nə isə, yaxşı işlərini də korlaya bilmək kimi “unikal” qabiliyyəti olan hökumətimiz var…” – deyə Natiq Cəfərli bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP