Lənkəranda çaykənarı evlər, körpü təhlükə altındadır

Lənkəranda Girdəni çayının sahilində yaşayan talışlar yaxın vaxtlarda evlərinin su altında qalacağından narahatdırlar.

TolishMedia informasiya agentliyinin Lənkəran bürosunun müxbiri xəbər verir ki, rayonun Girdəni kəndində çayın sahilində yaşayan ailələr illərdir sel sularından, torpaq sürüşməsindən əziyyət çəkirlər.

Kənd sakinləri bildirib ki, yağış yağanda çayın su səviyyəsi qalxır və 200-ə yaxın ailənin həyətyanı sahəsi, əkin sahələrinin bir hissəsi su altında qalır.

İldən-ilə məcrası genişlənən çay kəndin mərkəzində yerləşən körpü üçün də təhlükə yaradır. Yarım əsrdən artıq müddətdə istifadəyə verilmiş və çayın üzərindən keçən körpüdə sahil-bərkitmə işləri aparılmır.

Xəzər dənizinə tökülən Girdəni çayının sahili ekoloji cəhətdən də nəzarətsiz qalıb. Çayda təmizləmə işlərinin aparılmaması ekoloji problemlərə yol aça bilər.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP