Dünya Talışlarına։ Talış-Muğan Muxtar Respublikasının Mühacir Hökümətinin Müraciəti

Dünya Talışlarına:
Talış-Muğan Muxtar Respublikasının
Mühacir hökümətinin

M Ü R A C İ Ə T İ

Çox hörmətli, əziz Talışlar!

Dünyada öz dili, mədəniyyəti, kompakt yaşayış əraziləri olan millətlər. az deyil və o millətlərin bir çoxu, artıq öz dilini, yəni mənliyini itirir, özgələşir və digər millətlərin içində itib-batır!

Dünyamızda, təqribən 200-ə qədər dövlət var və bu dövlətlərin əksəriyyətində, biz Talışlar kimi, kiçik millətlərin dilini, öz adını belə unutdurmaq siyasəti yeridən titul xalqların maraqlarına, yaşamına uyğunlaşdırılmış təşkilatlanma mövcuddur və Azərbaycan Respublikası da istisna deyil! Talışların kompakt yaşadığı Talış mahalı, Azərbaycan Respublikası tərkibinə əlavə edilməsində Talışların ümumrəyinin öyrənilməsi barədə rəsmi heç bir məlumat olmadığndan , hazırda, qətiyyətlə bildirmək olar ki, bizim vətənimiz, biz Talışlarla birlikdə işğala məruz qalmışıq və bu işğal siyasəti bu gün də davam edir və Biz özümüz özümüzə artıq yadlaşdırılmaqdayıq…

Bütün bu və digər məqamları dərk edən Talış xalqının, daha uzaqgörməyi bacaran övladları, 26 il əvvəl, 07 avqust 1993-cü il tarixində, ən azı, bütöv bir xalqın yaşamının təminatı üçün Talış Muğan Muxtar Respublikasını yaradılmasını elan etdi. Böyük təəssüflə, hazırda bildirməyə məcburuq ki, elliklə, bu, Talış xalqı üçün ən mütərəqqi, bir yaşam imkanını müdafiə edə bilmədik!…

Bu gün Talış xalqının yaşamının təşkilatı formatını yaşadan gəncləri var və hesab etmək olar ki, Talış Muğan Muxtar Respublikası Mühacir höküməti öz nəzəri-praktik varlığı ilə bütövlükdə Talış xalqına, eləcədə bütöv dünyaya bir xalqın, -Talış xalqının öz müqəddəratına sahib olma haqqına malik olmasını sübut etməkdə, hüqüqi TMMR-i yaşatmaqdadır.

TMMR-nın prezidenti və Mühacir hökümətinin Sər vəziri, daima bu vacib işdə, Talış gənclərindən Ruslan Almaszadə, İlham Babazadə, İntiqam Həmidov, Zamin Hüseynovun və digərlərinin ağır, şəxsi həyatlarına ciddi təhlükə ola biləcəyini anlayaraq apardıqları intensiv işləri məxsusi qeyd etməyi vacib sayır və yüksək qiymətləndirir!

Əziz Talış xalqımız! Hər bir xalqın həyatında mühüm tarixi anlar var və o xalqlar ki, öz tarixlərinə və mənliyinə hörmət göstərib, tarixini unutmur, O XALQ YAŞAYIR! Talışın yaşamında tarixi hadisə, Talış Muğan Muxtar Respublikasının  Xalq Məclisinin TMMR yaradılması barədə çıxartdığı Qərarın verilməsi münasibəti ilə Sizləri təbrik edir və umudvar olduğumuzu bildiririk ki, bizlər birlikdə əldə etdiyimiz tarixi nailiyyəti yaşatmaqla, bir xalq olaraq Talışı da yaşadacağıq!

Talış Muğan Muxtar Respublikasının Prezidenti

Ələkrəm Hummətov ,

Mühacir hökümətinin Sər Vəziri,

Rəhim Mirzəyev.

Dünya Talişlarina։ Taliş-Muğan Muxtar Respublikasinin Mühacir Hökümətinin Müraciəti

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP