Astaralı tanınmış aktyor

Əliqulu Qüdrət oğlu Səmədov 19 avqust 1953-cü ildə Astara şəhərində anadan olmuşdur.

Rusiyanın paytaxtı Moskva şəhərində Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda tanınmış sovet aktyoru, SSRİ Xalq Artisti Yevgeni Matveyevdən aktyorluq dərsi almış, Vətənə qayıdandan sonra bır sıra filmlərdə yaddaqalan obrazlar yaratmışdır.

Hazırda “Azərbaycanfilm” kinostudiyasında çalışır. 70-ə yaxın filmin heyətində çalışmışdır.

Onun “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nizami”, “Qara gölün cəngavəri”, “Atları yəhərləyin”, “Yol əhvalatı”, “Bağlı qapı arxasında”, “Papaq”, “Bəyin oğurlanması”, “Cavad xan” və başqa filmlərdə oynadığı rollar tamaşaçlar tərəfindən rəğbətlə qarşılanmışdır.

Əliqulu Səmədov, həmçinin, Rusiya, Ukrayna, Türkiyə və İranda istehsal olunan filmlərə dəvət alaraq irili-xırdalı müxtəlif rollara çəkilmişdir.

Prezident İlham Əliyevin 2011-ci il 28 iyun tarixli Sərəncamı ilə Azərbaycan Kinemotoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya:

Aktyor kimi

Qəribə adam (film, 1979)(tammetrajlı bədii film)

Yol əhvalatı (film, 1980)(tammetrajlı bədii film)(rol: alıcı)

Qorxma, mən səninləyəm (film, 1981)(tammetrajlı bədii film)

Evlənmək istəyirəm (film, 1983)(tammetrajlı bədii film)(rol: musiqiçi)

Qanlı zəmi (film, 1985)(tammetrajlı bədii film)(rol: İran zabiti)

Bəyin oğurlanması (film, 1985)(tammetrajlı bədii film)(rol: Əliqulu)

Qətl günü (film, 1990)(tammetrajlı bədii film)(rol: natiq)

Qəzəlxan (film, 1991)(tammetrajlı bədii film)(rol: məclisdəki qonaq)

Qisas (film, 1991)(qısametrajlı bədii film)(rol: Əjdər)

Həm ziyarət, həm ticarət… (film, 1995)(tammetrajlı bədii film)(rol: türk satıcı)

Otel otağı (film, 1998)(tammetrajlı bədii film)(rol: elçilikdəki qonaq)

Və s. bir çox filimlərdə rol almışdır.

Bunlardan əlavə

Rejissor assistenti kimi
Tələ (film, 1990)(tammetrajlı bədii film),

İkinci rejissor kimi

Nekroloq (film, 2001) (tammetrajlı bədii televiziya filmi)

Dəvətnamə (film, 2003) (tammetrajlı bədii televiziya filmi)

Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film)

Seçilən (film, 2008) (tammetrajlı bədii film)

Cavad xan (film, 2009) (tammetrajlı bədii film)

Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film)

Dolu (film, 2012) (tammetrajlı bədii film)

Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film)

Kədərim (film, 2015) (qısametrajlı bədii film)

Qonşu qadın (film, 2015)(qısametrajlı bədii film)

Fədakar (film, 2015) (tammetrajlı bədii-sənədli film)

Filmi səsləndirən kimi

Cavanşir (film, 2002) (cizgi filmi)

Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) (cizgi filmi) (səs: aşpaz)

Səs effektçisi kimi (Sinxron səslər)

Bəyaz həyat (film, 2003) (bədii serial)

Bir anın həqiqəti (film, 2003) (bədii serial)

Dəvətnamə (film, 2003) (tammetrajlı bədii televiziya filmi)

Güllələnmə təxirə salınır! (film, 2002) (tammetrajlı bədii film)

Yumurta (film, 2003) (tammetrajlı film-tamaşa)

Ərazi (film, 2005) (qısametrajlı bədii film)

Məşədi İbad-94 (film, 2005) (tammetrajlı bədii film)

İnterpapa (film, 2006) (tammetrajlı bədii film)

Yalan (film, 2006) (tammetrajlı bədii film)

Məhkumlar (film, 2007) (tammetrajlı bədii film)

Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film)

Çölçü (film, 2012) (tammetrajlı bədii film)

Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film)

Dərvişin qeydləri (film, 2013) (tammetrajlı bədii film)

Koordinator kimi

Günaydın, mələyim! (film, 2008) (tammetrajlı bədii film)

Nəriman Səbzəliyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP