Tikəbandda yaşayan Dədəcnova Nazilənin ailəsi ağır vəziyyətdədir

Tikəbandda yaşayan Dədəcnova Nazilənin ailəsi çox ağır vəziyyətdədir.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanan müraciətdə Dədəcnova Nazilə bildirib.

Tikəband kənd sakini Dədəcnova Nazilənin müraciətini tam şəkildə sizə təqdim edirik:

Sizi narahat edən, Lerik Rayonu Tikəband kənd sakini Dədəcanova Nazilə Kərim qızıdır. Bizim evimiz qəzalı vəziyyətdədir, dəfələrlə Fövqəladə hallar nazirliyinə teleqramlar, məktublar göndərmişik, keçən ilin avqustda Bakıdan gəlib, baxış keçiriblər, ancaq nəticə yoxdur. Ailəmiz 9 nəfərdir, 6(altı) azyaşlı uşaq var və onlar üçün çox vacib olan, yaşayış şəraiti az da olsa, qaydaya salınsın. Hər kəsdən və heç kimdən, artıq, etdiyimiz çoxsaylı müraciətlərə rəğmən, bizə kömək eləyən olmamışdır. Yaşadığımız ərazidəki kənd İcra hakimiyyətinin nümayəndəsinə, evimizin qəzalı vəziyyətə olması barədə etdiyimiz müraciətlərə, “plana düşüb” deməklə yaxasını kənara çəkir.

Mən necə inanım ki, kəndimizdəki İcra hakimiyyət nümayəndəsi Bəyəli Bədəlov və AR Fövqalədə hallar nazirliyinin Lerik rayonundakı nümayəndəsi Habil Məlikov, mənə veriləsi maddi-pul yardımını mənimsəmiyiblər? Belə ki, Fövqəlada hallar Nazirliyinin fəaliyyətdə olan saytına, hər bir kəs, fərdi olaraq daxil olaraq, görə bilər ki, mən, Dədəcanova Nazilə Kərim qızı öz adımla, yaşadığımız evin qəzalı vəziyyətdə olması barədə dəfələrlə yazmışam. Bunlarla yanaşı, həm də, FHN-ə dəfələrlə məktub və teleqramalar göndərmişəm.
Təkrarən bildirirəm ki, ilin avqustda, Bakıdan gəlib baxış keçiriblər, ancaq, çox təəssüflər ki, nəticə yoxdur, olacağına ümid də…artıq itib!

İctimaiyyətə üz tutaraq, təvəqqi edirəm, bizə kömək edin! Paylaşın və əlaqədar kor və kar kimi özlərini aparan, qanunları öz mənafeylərinin xidmətinə yönəldən, el sərvətlərini talayan mənsəb sahibləri biz bədbəxtləri də görüb, eşidə bilsinlər!”

 

 

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP