Cəlilabadda “Narkomaniyaya yox deyək” devizi altında rəsm müsabiqəsi keçirildi

26 sentyabr 2019-cu il tarixdə Cəlilabad rayon Dövlət Rəsm Qalereyasında rayon Gənclər və İdman İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəliyi, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin təşkilatçılığı, Cəlilabad rayon Təhsil Şöbəsinin dəstəyi ilə “Narkomaniyaya yox deyək” devizi altında rəsm müsabiqəsi keçirilmişdir.

Keçirilən tədbirdə Cəlilabad rayon Dövlət Rəsm Qalereyasının direktoru Elçin Nəzərov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad rayon Təhsil Şöbəsinin əməkdaşı Atamalı Əliyev və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəsi Elnur Atakişiyev çıxış edərək bildirmişlər ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.

Sonda gənclərin rəsm əsərləri tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

P․S. Bu tədbirdən belə bir nəticə əldə etmək olar ki, Talış zonasını bu günə qoyan, yeniyetmələri narkonmanlaşdırıb məhv edən əliyevlər rejimi özü özünü təkzib edir. Bir tərəfdən insanları məhv edən rejim elə bil özü də hiss etmədən özü – özünə qarşı tədbir keçirdir. Allah bunlara ağıl versin.

TօlishMedia

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP