Qriqori Rasputin

Mavi gözlü, iri cüssəli mistik insan; Qriqori Rasputin. Bu adı bir çoxunuz kitablardan, bəziləriniz sənədli filmlərdən, kimiləriniz isə məşhur “Boney M” qrupunun konsertlərindən eşitmisiniz. Müqəddəs Qriqori günündə doğulduğu üçün ona Qriqori adını vermişdilər. Bu şəxs nə general, nə imperator, nə yazar olmasa da, ən az onlar qədər məşhurluq qazanmışdır.

Rasputinin mistik gücləri uşaqlıq günlərindən insanlar tərəfindən bilinirdi. Dediyi hər şeyin doğru olması ona olan etimadı insanlar arasında artırırdı. Hətta bir dəfə atasının atlarını oğurlayn adamın adını belə dəqiq dediyi rəvayət edilir.

Rasputin bir müddət dini dərslər alır və dünyanın bir çox ölkəsini gəzərək insanlara moizələr deyirdi. Onun son dayanacağı isə Sankt-Peterburq şəhəri olur. Rusiya imperatoru Romanovun oğlunun sağalmaz xəstəliyə tutulduğunu bilən Rasputin, onu ancaq özünün sağalda biləcəyini deyir. Həkimlərin çarə tapa bilmədiyi balacanın bir gecə vəziyyəti daha da pisləşdiyi zaman, imperatriça Rasputini saraya çağırır. Rasputin bir neçə toxunuş və duayla uşağı tamamilə sağaldır. Bununla da o Rusiyanın pərdə arxası imperatoruna çevrilir. İmperator ailəsinin bütün etimadını qazanaraq dövlət işlərinə müdaxilə edirdi.

Bundan narahat olan bəzi məmurlar onu öldürmək qərarına gəlirlər. Yusupovun təşkil etdiyi qonaqlıqda ona əvvəlcə çox güclü zəhər verilir, lakin heç bir təsiri olmur. Ardından ingilis cəsusundan aldığı tapancayla Yusupov Rasputinin başından və boynundan atəş açır. Öldüyünü xəbər vermək üçün yuxarı qalxır və geriyə qayıtdığında Rasputini orada tapmır. Həyətə qaçan Rasputinin sinəsinə bir neçə atəş daha açırlar və əl-qolunu bağlayaraq çaya atırlar. 3 gündən sonra cəsədi tapılan Rasputin suda öz əllərini açmağa nail olmuşdu, lakin boğularaq vəfat etmişdi. Yəni, nə zəhər, nə də başından və sinəsindən vurulan güllələr öldürmüşdü onu, sadəcə suda boğulmuşdu.

Rasputinin həyatı olduqca ziddiyətli olub. Müqəddəsliyi ilə seçilən bu insan, həm də qadın düşkünü olur. Yanına gələn qadınları döyür və cinsi istismara məruz qoyurdu. Bununla da onların günahının bağışlandığını deyirdi. Maraqlıdır ki, heç bir qadın ondan şikayət etmir, əksinə ona aşiq olurdu. Hətta imperator Romanovun həyat yoldaşıyla da eşq macərası olduğu deyilir.

“Rasputin” mahnısını ifa edən Boney M qrupunun solisti Bobbi Farrellin də ölümü çox maraqlıdır. Bəzilərinə görə bu mahnı Rasputini təhqir edir və ələ salırdı. Belə ki, Bobbi Farrel Rusiyaya səfəri zamanı Rasputinin öldüyü yerə çox yaxın bir oteldə vəfat edir. Özü də Rasputinlə eyni gündə, eyni saatda. Səbəbi uzun zaman bilinməsə də, ürək çatışmamazlığı adı verildi.

Həqiqətən də insan bəzən düşünür: Görəsən Rasputin Allahın sevimlisi və mistik gücləri bəxş etdiyi müqəddəs insan idi, yoxsa şeytani güclərlə dolu olan İblis?

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP