Neftçalanın Pirətıbə ziyarətgahı

Talış diyarında  “Heydər Almazov Türbəsi” – El arasında isə həm də bura PİRƏTAVAN- Pirətıbə  (Pir ziyarətgahı) adi ilə məşhurdur. Bu türbədə iki məzar var onlardan biri Soltan digəri isə Mirkəmaləddin adlı şəxslərə məxsusdur. Heydər Almazov adlı imkanlı bir şəxs 1894-cü ildə bu qəbrlərin üzərində gördüyümüz bu türbəni tikdirir və türbə rəsmi tarixi sənədlərdə onun adı ilə , yəni “Heydər Almazov Türbəsi” kimi qeyd olunur. Pirətavan sözünün mənasına gəldikdə isə , Bildiyiniz kimi tarixən taun xəstəliyi geniş yayılmışdır , Neftçalada hətta bir neçə kəndin əhalisi bu xəstəlik səbəbindən tamamən məhv olub getmişdir. Bəzi mənbələrə görə keçmişdə bu pirə həm də tauna yoluxmuş xəstələri sağaltmaq üçün ziyarətə gəlirlərmiş. Buna görə də onun adi ‘Piri Taun’ adlandirilmiş və sonradan əhali arasında Pirətavan kimi tələffüz olunmuşdur.

TolishMedia

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP