Talış Ağsaqqalları Ali Şurası bəyanat yayıb

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, Talış Ağsaqqalları Ali Şurası Azərbaycandahakim rejim tərəfindən talış xalqının fədakar övladlarının səyi ilə qurulan elektron mətbuata, media qrumlarının ölkədaxili girişlərinə qoyulan qadağalarla bağlı etiraz bəyanatı yayıb.

Qeyd edilən bəyantda deyilib:

Təqribən bir ay qabaq, çox guman ki, Beynəlxalq demokratik təşkilatların təzyiqlərini nəzərə almaqla, Azərbaycan Respublikası Ali məhkəməsinin qərarı ilə, vaxtı ilə Bakı şəhər rayon məhkəmələrinin birinin qərarı ilə, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən girişinə blok qoyulan müstəqil və müxalifət yönümlü saytların üzərindən həmən qadağalar götürüldü və… 24 sentiyabır 2019 cu il tarixindən “tolishstan.com“ saytının girişinə, heç bir məhkəmə qərarı olmadan, məhdudiyyət qoyuldu.

Bir qədər araşdırmalar aparandan sonra, məlum oldu ki, ölkədaxili və beynəlxalq norma və öhdəliklərə tam hörmətsiz münasibət göstərməklə, adında Talış sözü olan bütün saytların, o cümlədən tolishmedia.comTolishPress.org saytlarına da, heç bir məhkəmə qərarı olmadan, girişlərinə qadağalar qoyulmuşdur!

Qloballaşmış dünyada azad mətbuat, media azadlığı uğrunda mübarizə aparıldığı vaxt, Azərbaycan Respublikasının hakim dairələri, Talış xalqına aid olan, butun saytların girişlərinə məhdudiyyətlər qöyulması, millətlərarası münasibətdə ciddi hörmətsizlik, ölkə Qanunlarına böyük sayğısızlıqdır.

Bu formada münasibətlə, Azərbaycan iqtidarı, dünya ictimaiyyətinə kobud şəkildə göstərmək istəyir ki, Talış millətinə qarşı “mətbuat qadağası” ilə, az-çox, ən azı fərdi qaydada, müasir texnologiya imkanlarından istifadə etməklə, Xalqın yaşamına təminat qurulmasına belə, imkan vermək istəyində deyil!

Bu münasibətin təcili dayandırılmasını tələb etməklə, çox istərdik ki, tərəqqipərvər dünya ictimaiyyəti və azad mediaya dəstək verən təşkilatlar, bu və buna oxşar qadağaların aradan qaldırılmasına nəzarəti, ən azı, qismən də olsa, öz öhdələrinə götürsünlər.

Bəyanat Talış Ağsaqqalları Ali Şurasının 05 oktyabr 2019-cu il tarixli iclasında qəbul edilmişdir.

Ələkrəm Hummətov , TMMR – ın prezidenti .

Rəhim Mirzəyev, TMMR mühacir hökumətinin baş naziri .

Əlimərdan Şukurzodə , TSAŞ təşkilati Komitə rəhbəri .

Абдулов Мухаддин , ТНКА – Санкт-Петербург МОО ТАЛЫШ ЮЖНО-ПРИМОРСКИЙ .

Вугар Салаев , Союз талышской молодежи (СТМ) .

Бабаев Рафаг , ТАЛЫШСКАЯ НАЦИОНАЛЬНО-КУЛЬТУРНАЯ АВТОНОМИЯ МУНИЦИПАЛЬНОГО ОКРУГА ФИНЛЯНДСКИЙ .

Аббасов Мушфиг , Председатель Совета местная общественная организация(МОО) “ТАЛЫШСКАЯ НАЦИОНАЛЬНО-КУЛЬТУРНАЯ АВТОНОМИЯ ГОРОДА НОВОКУЗНЕЦКА КЕМЕРОВСКОЙ ОБЛАСТИ” .

Пашинов Сергей Егорович ,Талышская национально- культурная местная автономия < АВЕСТА> города Иркутска.

Гасанов Эльшан , 1.МОО “Талышская НКА г. Екатеринбурга” 2. СООО “Центр Талышской Культуры”.

Ибрагими Захиреддин, Председатель Комитета Защиты Прав Талышского Народа .

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP