Səfəvi şahlarinin nəslinə qisa bir baxiş (Photos)

1) Hörmətli yoldaşlar Bu yazıda Səfəvilər nəslinə aid dörd mühüm və tarixi kitabda təqdim olunan şəcərələrdən Səfəvi sülaləsinin mənşəyini araşdırmaq üçün istifadə olunub , əvvəlcə onları qısa şəkildə sadalayaq:

  1. A) Şeyx Səfiəddin Ərdəbilinin soy ağacı İbn Bazar Ərdəbilinin “Səfvə – əl – Səfa” kitabında qeyd olunub (tarix hicri-qəməri 8-ci əsrin ortalarında). Birinci şəkildə kitabın əlyazması ilə “soy ağacı” – nı göstərən təsviri skren etmişəm. Baxa bilərsiniz.
  2. B) İskəndər bəy Münşinin “Aləmarayi Abbasi” əsəri (miladi 16-ci əsrin sonları). Kitabın əlyazmasından Şeyx Səfiəddinin soy ağacını göstərən təsviri ikinci şəkildə müşahidə edə bilərsiniz.
  3. C) Şeyx Hüseyn Pirzadə Zahidi’nin “Səfəvilər sülaləsi kitabında” (Silsilətun-Nəsəbe Səfəviyan) Səfəvi padşahlarının şəcərəsi ( Miladi 17-ci əsr)
    Üçüncü şəkildə kitabın əlyazmasından şəcərəni göstərən təsviri müşahidə edə bilərsiniz.
  4. D) Məhəmməd Şəfi Hüseyninin “Səfəvi şahlarının şəcərəsi” kitabı. (miladi 17-ci əsr)
    Dördüncü şəkildə kitabın əlyazmasıdan şəcərəni göstərən təsviri müşahidə edə bilərsiniz. İndi keçək əsas mətləbə.

2) İbn Bazar Ərdəbilinin “Səfvə-əl Səfa” kitabı yeganə və ən mühüm əsərdir ki, Şah İsmayıl hökümətindən əvvəl səfəvilərin şəcərəsi haqqında yazılmışdır. Bu kitab Səfəvi padşahlarının böyük əcdadı Şeyx Səfiəddin Ərdəbili haqqındadır. Bu kitabdan əldə edilən ən qədim əlyazma hazırda “İstanbul Ayasofiya Kitabxanasında” saxlanılır. İbn Bazar bu kitabda Şeyx Səfiəddin Ərdəbilinin İran Azərbaycanının yerli və nüfuzlu hakimlərindən olmuş Piruz Şah Zərrin Kəlahın nəvələrindən olduğunu açıq şəkildə qeyd etmişdir.

Başqa sözlə, “Səfvə-əl Səfa” əsərinə görə Şeyx Səfiəddin Ərdəbilin altıncı əcdadı olan ‘Piruz şah Səncəri Zərrin Kəlah’ İran Azərbaycanına Səncar məntəqəsindən gəlmişdir. Səncar İraqda kürdlərin yaşadığı məkandır.

Səfəvi sülaləsinin ata nəsli “Səfvə əl-Səfa” kitabına əsasən bu cürdür :

” Piruz Şah Zərrin Kəlah oğlu➖Ovad oğlu ➖Məhəmməd əl Hafez əl-Kəlamullah oğlu ➖Səlahəddin Rəşid oğlu ➖Əl-Saleh Qütbəddin Əbubəkr oğlu ➖Şeyx Əmin Ələddin Cəbrail oğlu ➖Şeyx Səfiəddin Əbdülfəttah İshaq”

3) İstanbul “Ayasofiya” kitabxanasında Səfəvi sülaləsinin peyğəmbər və əhli-beyt nəslindən olduğuna dair bir yazıya rast gəlinməmişdir. Ancaq “Səfvə əs-Səfa” kitabının sonrakı tərcümələrində, müxtəlif Səfəvi padşahları tərəfindən yazılmış və araşdırılmış olan “Səfəvilərin şəcərəsi” – nə “seyyidlik” məsələsi Şeyx Səfiəddinin nəslinə əlavə olunduğunu, Səfəvi sülaləsinin digər şəcərə mənbələrində, “Silsilətun – Nəsəb” və digər iki kitabda yer aldığını görürük.

4) Səfəvilərin öz şahları və tədqiqatçılar tərəfindən seyyid nəslindən olduğuna dair fikri təkzib və ya qəbul etmək üçün kifayət qədər məlumat və bilgiyə sahib deyiləm. Amma bu məsələ son onilliklər ərzində müxtəlif alimlər tərəfindən təsdiq və rədd olunmuşdur. Ancaq konkret bir şey də yoxdur.

5) Ancaq, yekdilliklə qəbul olunan fikir budur ki, Səfəvi sülaləsinin Şah İsmayıl Səfəvinin on üçüncü əcdadına yəni Piruz Şah Zərrin Kəlaha qədər təqdim edilən bütün tarixi şəcərələr dəqiqdir. Səfəvi padşahları dövründə yazılmış çoxsaylı nüsxələri də bunu təsdiq edir.

Rəhim Əfəndi.

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP