Avropalilarin səfərnamələrində səfəvilər dövləti

1) Səfəvilər dövründə əksəriyyəti Venesiya və mərkəzi Avropadan olmaqla bir çox avropalı qonaqlar Səfəvi sarayına səfər ediblər.Bu şəxslər ictimai,siyasi və saraydakı vəziyyətlə əlaqədar apardıqları müşahidələri, qısa və yaxud ətraflı şəkildə “Səfərnamələr “-də qeyd ediblər.Avropalı səfərnamə yazanların bu qeydiyyatları o dövrün siyasi-ictimai vəziyyəti barədə ilkin tarixi mənbə olaraq istifadə olunur.

2) Engelbert Kaempfer-in “səyahətnaməsi” də Qafqazın uydurma tarixçiliyinin bu bölgənin insanlarına aşıladığı mənasız iddianın təkzib edilməsinin yolunu aça bilən dəyərli sənədlər sırasındadır. Kaempfer əsərinin birinci səhifəsindən sonuncu səhifəsinədək Azərbaycan imperiyası adında bir dövlətdən yaxud da Səfəvilər tərəfindən Azərbaycanın birləşdirilməsinə dair heç bir söz işlətməmişdir. Kaempfer o dönəmdəki ölkə və hakimiyyətin strukturunu şərh edərkən İran sarayı , İran qoşunu və bu kimi sözlərdən istifadə etmişdir. Qədim zamanlardan İranda “Şah” ölkənin başçısına verilən ad olmuşdur. Əgər Səfəvi sülaləsi iranlı olmayan bir hakimiyyət olmuşdursa, onda o hakimiyyətin başında dayananlar bu addan istifadə etməməli idi. Kaempfer Səfəvilərin hakimiyyətini İranın qədim dövrlərdəki hökumətlərinin davamı kimi tanımış və bu səyahətnaməni yazmaqda məqsədini belə şərh etmişdir:

“Məqsədim budur ki, on yeddinci əsrin ikinci yarısındakı İranın dərbarını (sarayını) vəsf edim və bizim əsrdə bu dərbar qədimdən layiqli şöhrətə malik olmuşdur. İstər qədim dövrlərdəki İran , İstər Ərəblərin , Səlcuqların əsarətində olan İran dünyaya hakim idi . Baxmayaraq ki, İran bugün Səfəvilər hakimiyyəti dönəmində də əvvəlki qədər əhəmiyyətlidir, keçmişlərdə olduğu kimi nümunəvi və sülhsevər rəhbəri vardır. Məğlubiyyətə uğramamış bir gücdür ki, Şərqi vahiməyə salıb və bütün dünyanı həyrətə gətiribdir…👉 İRAN dövlətinin başçısı Şahdır və orada şahlıq varisliyə əsaslanır 👈… İranın Şah Səfisi tam hədsiz hüquqa malikdir” (Kaempfer, 1984: 13).

O, İranın sahəsi və sərhədlər barədə də dəyərli məlumatlar verir: “Şahın hökmranlıq etdiyi sərhədlər qərbdə Dicləyə, şərqdə Hilməndə (Əfqanıstana), cənubda Fars körfəzinə və şimalda Xəzər dənizinə bitişir … yerli əhali ona İran yaxud Əcəm diyarı deyir … aşağıda qısa olaraq Səfəvi şahlarının əhvalatını şərh etməyimiz ona görədir ki, İran şahlarının fövqəladə və bənzərsiz hüquq və səlahiyyətlərinin onların qabiliyyəti və şəxsiyyəti ilə uyğun gəldiyini göstərək” (Kaempfer: 18).

Bu almaniyalı səyyahın səyahətnaməsinin son bülümü şah Səfi sarayında xarici dövlətlərin səfirlərinin də iştirak etdiyi rəsmi ziyafətlə əlaqədardır. Bu ziyafətdə İsveç, Polşa, Fransa (on dördüncü Lui) və s. dövlətlərin səfirləri şahın hüzurunda öz ölkələrinin hökmdarlarının məktubunu oxuyurdu. Bu məktubların məzmunu Kaempferin kitabında əksini tapmışdır və onların arasından Səfəvi hakimiyyətinin siyasi və coğrafi kimliyini bir daha ayrıd etmək mümkündür. İsveç şahı “türklərə” qarşı hərbi müqavilənin imzalanmasının zərurətini vurğulayaraq yazmışdı:

“İsveç şahı son zamanlar İran şahı tərəfindən göstərilən rəğbəti layiqincə dəyərləndirir və ondan çox razıdır” (öncəki: 259). İsveçin şahı məktubunun davamında Osmanlı ilə olan əlaqələrin vəziyyətini şərh edərkən deyir: “Osmanlı şahı atadan, anadan Avropa və İranın düşmənidir … Osmanlı hökuməti haqsız olaraq Ərəb İraqını İran torpaqlarından mənimsəmişdir” (Kaempfer: 260-261).

Səfəvilərin iranlı kimliyi Polşa səfirinin məktubunda da dəfələrlə vurğulanmışdır (Kaempfer: 262, 264). O cümlədən:

“İranlıların şöhrətli silahları zəifləməkdə olan bu can düşməninə tərəf nişan alsın. O torpaqlar ki, Osmanlılar haqsız olaraq İrandan qoparmışlar. Əlahəzrətin istədiyi vaxt iranlıların tarixən adlı-sanlı olmasını təkrar yada salmaqla bu uyğun zamanda birgə qoşun yürüdülsün və bu türk kişiyə arxadan hücum etsinlər … belə bir fürsətdə öz şöhrətini bir daha dünyaya çatdırmaq iranlılara mümkün olacaqdır” (öncəki: 262, 264).

Kaempfer İrana səyahəti zamanı Qafqaza da səfər etmiş və kitabının sonunda İranın mənzərələri və binalarını (o cümlədən, İsfahan, Persepolis, körpülər, Bəndər-Abbas, Zərdüştün Kəbəsi, Sasanilərə aid qabarıq naxış və …) əks etdirən onlarla rəsm və portretlə yanaşı Xəzər dənizi və Bakı şəhərini əks etdirən dəyərli bir təsvirə də yer vermişdir.

3) Şərqşünas və Səfəvi dönəminin əvvəllərində, Şah İsmayıl dövründə İrana səfər etmiş Giosafat Barbaro-nun səyahətnaməsinin redaktoru Lord Stanli (Lord Stanley of Alderley 1827-1903) həmin əsərə yazdığı qısa girişdə Səfəvi inqilabının mahiyyəti barədə yazır:

“Şah İsmayıl Səfəvi xaosa sürüklənmiş İRANI birləşdirdi, iranlıların milliyyətini ehya etdi və İranla digər müsəlman dövlətlərin arasında mövcud olan ziddiyyətlərin sahəsini, əhatəsini daha da genişləndirdi. Məzhəblə əlaqələndirilən lakin, əslində mahiyyəti MİLLİ və SİYASİ olan təfriqə və ixtilaf… o emosiyalar ki, İslamiyyətin ilk dönəmində iranlıları ayağa qaldıraraq onları birinci, ikinci və üçüncü xəlifələrin inkar edilməsinə yönləndirdi. Bu MİLLİ hisslər idi ki, ərəblərin dəf edilməsində və İmamətdə varislik prinsipini Xəlafətdəki seçim prinsipinə üstünlük verməsində qıcıqlandırıcı rol oynayırdı. Şah İsmayıl isə həmin milli hisslər və şahlıq ənənələrindən faydalandı və əgər bunu etməsəydi, o zaman türk tayfaların hücumlarına məruz qalan İran Osmanlı imperiyasına ilhaq ediləcəkdi” (Barbaro, 2002: 19).

4) Avropa səyyahlarının İran barədə təsəvvürü daha çox İranın keçmişlərdəki güclü dövlətçiliyinə qayıdır, lakin iranlı olan güclü və bütöv bir hakimiyyətin olmadığı dönəmlərdə də İran təsəvvürü xarici gözlərin baxışından yayınmamışdır. Səfəvi hökumətinin qurulmasından bir neçə il əvvəl bütöv bir hakimiyyətin olmadığı dönəmdə İrana səfər etmiş səyyah Ambrosio Kontarini (Ambrosio Contarini) yazır:

“Təbrizdən İsfahana 24 gün yol vardır və bu iki şəhərin arasındakı ərazi təmamən İRANA aiddir … iranlılar çox xoş davranışlı və nəzakətlidirlər. Onların rəftarından görünür ki, məsihiləri sevirlər. İranda olduğumuz məddətdə bir dəfə də bizə hörmətsizlik edilmədi. İranlı qadınlar çox uyğun tərzdə geyinir və libas cəhətdən, eləcə də at minməkdə kişiləri üstələyirlər. İranlı qadınlar və kişilərin hamısı gözəl, əndamlı və müsəlmandırlar” (Kontarini, 2002: 153).

Kontarini (1429-1499) Uzun Həsən dövründə İrana səfər etmişdir. Bu elə bir dövrdür ki, müxtəlif türkmən və iranlı xanədanlar İran üzərində kiçik, yerli hakimiyyətlər formalaşdırmış və güclü bir İrandan əsər-əlamət yox idi . Lakin, o dövrdə də İran bir COĞRAFİYA , CƏMİYYƏT və MİLLƏT məfhumu kimi mövcuddur. Kontarini öz səyahətnaməsinin son bölümündə bir daha Uzun Həsənin sərhədləri barədə yazaraq, mətninin hər bir yerində İran sözünü (ərazi, ölkə) işlədir və bölgəni İran mərkəziyyəti ilə (misal üçün: İranın şimalı, İranın qərbi) vəsf edir .

5) Katerino Zeno – nun Uzun Həsənin sarayına dair səyahətnaməsinin redaktoru Çarlz Qrey (Charles Gray) – in Səfəvilərin gəlişindən əvvəl ölkənin siyasi vəziyyəti və bu hökumətin qurulmasının nəticələri barədəki təhlili Səfəvilərin mahiyyətini kifayət qədər bəyan edir. İlk dəfə 1873-cü ildə Avropada çap edilmiş bu səyahətnamənin əvvəlində Çarlz Qrey geniş bir müqəddimə yazmışdır:

“Uzun Həsən və oğlu Yaqubun ölümündən sonra Ağqoyunlu xanədanının hökmdarları arasında baş vermiş daxili müharibələr səbəbindən İRAN xaosa sürükləndi və sonunda inqilab edərək bu yükün altından çıxdı. Dünya tarixində oxşarı olmayan bir inqilab. Dəyişən təkcə səltənət sülaləsi və hökumət forması yox, hətta İRAN şahlığı da İRANLI olan bir xanədanın içində yenidən doğularaq əcnəbilərin uzun sürmüş istilasının dövrü də sona yetdi. Ən önəmlisi, İRANIN məzhəb və ayini də tamamilə dəyişdi və bunun nəticəsi kimi, iranlılarla onları əhatələmiş düşmənlərin arasındakı məsafə çoxalaraq, bir MİLİYYƏT meydana çıxdı.

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP