Səttarxan və konstitutsiya inqlabı

1) Səttarxan inqilabı və Təbriz şəhəri İran Məşrutə inqilabının ən böyük və ən qüvvətli mərkəzi olmuşdur, sonradan bu hərəkat digər İran vilayətlərinə də yayılmağa başlayıb. Mirzə Ələkbər Sabirin “Səttarxana” şeirində oxuyuruq:

İştə Səttarxan, baxız, bir növ iqdimat edib,
Bir vəzirü şahı yox, dünyanı yeksər mat edib,
İrzi-islamı, vətən namusunu yüz qat edib,
Hörməti-heysiyyəti-milliyətin isbat edib,
İndi dünyanın təvəccöh nöqtəsi İranədir,
Afərinin himməti-valayi-Səttarxanədir.

İştə Səttarxan, baxız, İranı ihya eylədi,
Türklük, iranlılıq, təklifin ifa eylədi,
Bir rəshadət, bir hünər göstərdi, dəva eylədi,
Dövlətin bir əynini dünyada risva eylədi,
Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.

2) Nəriman Həsənzadə “Səttarxan və Azərbaycan hərəkatı” kitabında yazır.

” General Roxitonov Əmirəqız məhəlləsinə Səttarxanın qərargahına getdi və ona tabe olmağı məsləhət gördü. Tabe olacağı təqdirdə Şahdan onun canının və malının bağışlanacağı və yüksək vəzifəyə təyin olunacağı barədə xahiş edəcəyini bildirdi. Öz iqamətgahında Rusiya bayrağını asmağı təklif etdi. Səttarxan cavabında “Cənab konsul, mən istəyirəm 7 dövləti İran məşrutə bayrağı altında birləşdirəm, sən isə deyirsən ki, rus bayrağı altında birləşdirim?”

3) Bu yazı Məhdi Müctəhidinin 1948-ci ildə yazdığı eynən əsərində qeyd olunub

4) Bu dioloq İran məşrutə inqilabının ən mühüm və ən dəqiq tarixlərindən biri olan Əllamə Kəsrəvi Təbrizinin 1940-ci ildə yazdığı ” İran Məşrutə tarixi “əsərində də görmək olar.

5) Bu dialoq haqqında təqribən 50 il sonra yazılan Əmir Xizin kitabında isə “7 dövləti Əmirəlmöminin bayrağı altında birləşdirəm ” deyə qeyd edib.

6) 1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışırlar. Təbrizdəki bütün məhəllələr ağ bayraq qaldırıb təslim olsalar da Səttar xanln əlində olan Əmirəqız məhəlləsi təslim olmur. Nəticədə güc yenidən məşrutəçilərin əlinə keçir və bütün məhəllələr şah qüvvələrindən təmizlənir. Bu qalibiyyətindən sonra Səttar xana Azərbaycanın əyalət əncüməni tərəfindən “Sərdari-milli” ləqəbi verilir

7) Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə “Səttar xan” adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.

8) Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. Təbrizdəki rus konsulu Roxitonov bir neçə dəfə Səttar xanla görüşüb şah dövləti adından ona ali vəzifə və yüksək dövlət məqamlarını tutmağı təklif etsə də, konsulun təklifləri müqabilində Səttarxan bildirmişdi:

“Mən Məşrutəyə nə sərvət, nə də məqam üçün yox, azadlıq üçün qoşulmuşam. Bunu ala bilsəm, bir parça torpağı əkib-biçməyim mənə kifayətdir”․

9) Hərəkatın başçısını və “Müdafiə Şurası” üzvlərini ələ almağın, aldatmağın mümkünsüzlüyünü görən çar Rusiyasının Təbrizdəki konsulluğu, onun əlaltıları xəyanətə və hiyləyə əl atdılar. 11 aylıq mühasirə ilə əlaqədar aclıqdan, ərzaq çatışmazlığından dözülməz dərəcədə əziyyət çəkən Təbriz sakinlərinə “kömək” məqsədilə Culfa-Mərənd-Təbriz yolunun silahlı mücahidlərindən təmizlənməsi və “azuqə” gətirən rus hərbiçilərinə toxunmamaq haqda Təbriz Müdafiə Şurasından icazə alındı və bu ad altında silahlı 5 minlik rus qoşunu 1909-cu il aprelin 25-də Təbrizə daxil oldu. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.

10) 1910-ci ildə Səttarxanın köhnə silahdaşlarından olmuş Yeprəm xanın başçılığı ilə 3000 minlik silahlı dəstələri Atabək bağını mühasirəyə alırlar. Bir neçə xəbərdarlıqda sonra bağa hücuma keçirlər. Qanlı vuruşmada Səttarxan ayağından yaralanır. Qısa müddətdən sonra Qacar hökumətinin qüvvələri Səttarxanı ələ keçirir və yoldaşlarını tərk-silah etməyə başlayırlar. Bununla da inqilab hərəkatı yatırılmağa başlanılır. Bu hadisədən sonra Səttarxan Tehranda ev dustaqlığı yaşadı. Həkimlər onun ayağını müalicə etsə də ayağına dəymiş güllə sümüyünə isabət etmişdi və əsa ilə gəzirdi. Bu hadisədən 4 il sonra Səttarxan vəfat edir.

11) Məzarı Tehran yaxınlığında yerləşən Əbdüləzim bağında yerləşir.

12) Nəvələri dəfələrlə şəriətin icazəsi ilə onun cəsədini Təbrizə köçürməyə cəhd etsələr də nəticə vermədi.

13) Hal-hazırda Səttarxanın ev muzeyi Əmirxız məhəlləsində, Şəms Təbrizi küçəsində içtimaiyyətə açıq şəkildə fəaliyyət göstərir.

14) Səttarxan inqilabı həm Qacar hökuməti, həm də Pəhləvi hökuməti zamanında da diqqətdən kənarda saxlanılmışdır. Kommunist Pişəvəri höküməti tərəfindən öz məqsədləri üçün “Səttarxan büstünün” qoyulması və “Gülüstan” bağının Səttarxan adı ilə dəyişdirilməsi Səttarxan hərəkatının mahiyyətinin dəyişdirilməsi və təhrif olunması ilə bağlıdır. Yəni, Səttarxan ilə Pişəvəri hökümətinin ideoloji cəhətdən heç bir yaxınlığı yoxdur.

15) Aşağıdakı tarixi məktub isə Səttarxanın Tehrana göndərdiyi məktublardan biridir. Çətinliklə də olsa bir qismini tərcümə edə bildim. Məktubda yazılır :

مقام منیع مقدس نیابت سلطنت عظمی دامت شوکته العالی بعد از بمباردمان مجلس این خادم ملت استقلال وطن عزیز خود را در خطردیده جان به کف نهاده. با تمام قوای خود در تشييد مبانی حریت و استرداد حقوق مغضوبه ملت به قدری که می‌توانستم کوشیدم آخرالامر بیرق استقلال ایران را که عبارت از مشروطیت است بلند کرده

“Mövqeyi olduqca böyük səltənət naibinin ali və müqəddəs idarəsi parlamentin bombardman edilməsindən sonra bu millət xadimi öz əziz vətəninin pozulmuş istiqlaliyyəti üçün canını fəda etməyə hazırdır. Konstitusiyalı İran bayrağını uca etməkdən ötrü bütün gücümlə millətin qəsb olunmuş hüquq və azadlıqlarının təmin edilməsi və geri qaytarılmasını bərpa etmək üçün çalışdım”

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP