Şah Abbasın məktubunda “ türk “ kəlməsi

(Əziz yoldaşlar, mətni diqqətlə oxuyun, istəyən olsa məktubun digər hissələrini də paylaşa bilərəm )

1) Şah Abbas Səfəvinin Polşa Kralı III Siqmunda yazdığı iki məktubda “Türk” sözünün işlədilməsinə bir nəzər salaq

2) Bu məktublarda Şah Abbas Səfəvi, “Türk” sözünü açıq şəkildə ziddiyyət, ədavət, düşmən kimi istifadə edərək Osmanlıları məhv etmək və alçaltmaq üçün istifadə edir.

3) Şah Abbas Səfəvi hakimiyyəti dövründə Avropa hökumətləri ilə, xüsusən ticarətin genişləndirilməsi, İran və Avropanın ortaq düşməni olan Osmanlı Türklərinə qarşı çox sayda yazışmaları mövcuddur . Şah Abbasın yazdığı məktublar arasında, Polşanın paytaxtındakı Varşava Dövlət Arxiv Mərkəzində hazırda Polşa Kralı III Ziqmund’a məktub və sərəncamlarını misal çəkmək olar.

4) Bu dəyərli tarixi məktub İngilis şahzadə və səyyahı Robert Çarli tərəfindən Avropaya aparılmışdır.

5) Bu məktub və sərəncamda Şah Abbas Səfəvi, münasibətlərin möhkəmlənməsinə, İran və Avropa hökumətlərinin Osmanlı Türklərinə qarşı birgə fəaliyyət göstərməsinə çağırır.

6) Yuxarıda göstərilənlərə əlavə olaraq, bu məktub və fərmanda Şah Abbasın “Türk” və “Türk kimliyi” termini ilə əlaqəli başqa bir vacib məqam da var.

7) Şah Abbas məktubda türk sözündən 5 dəfə istifadə edib ki, bu sözü Osmanlı türklərinə istinad etmişdir.

8) Fərmanın 5-ci sətirində oxuyuruq:

                A) ” Türklərin camaatını yığışdırıb çıxarmaqla sevgi və dostluğu müdafiə edirik …”.

B) 11 və 12-ci sətirlərdə oxuyuruq:

“… Uğurlu və mübarək padşah tərəfindən Türk icmasının məhv edilməsi, aradan qaldırılması ki, dürüstlük və dostluğumuzun qüvvətləndirilməsinə xidmət edir .

                C) 12 və 13-cü sətirlərdə oxuyuruq:

“… O tərəfdən , Firəngin digər böyük padşahları ilə birlikdə Türk camaatının aradan qaldırılması üçün ittifaq olunub…”

1. Məktubun 8-ci sətirində oxuyuruq:

“… Biz bu tərəfdən Türklərə hücum etməkdə çarəsizik …”

2. Məktubun 12 və 13-ci sətirlərdə oxuyuruq:

“… Yaradanının lütfü ilə türklərin camaatı məğlub olacaq və birtəhər onları dəf edəcəyik …”

9) Bu məktub və fərman son illərdə həm professor İrəc Əfşar , həm də digər iki elm adamı Fekete Lajos və György Hazai tərəfindən araşdırılmış və nəticələri aşağıdakı mənbələrdə dərc edilmişdir.

Fekete, Lajos və György Hazai, eds. Einführung in die Persische Paläografie: 101 Sənəd. Budapeşt: Akadémiai Kiadó, 1977. 477-80; Tafeln 201-02

B) İrəc Əfşar – “İran-Polşa münasibətlərinə dair iki Səfəvi fərmanıdır

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP