Azərbaycandakı mövcud hakim siyasi rejim Yardımlıda rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparmır

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, Yardımlı Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinin həkimi Zəhra Şabıyeva rüşvəti adamdan elə təkidlə istəyir ki, bir anlıq düşünürsən ki, sanki Zəhra həkiməborcum var. Yalnız rüşvət marağında olan Zəhra həkim bir anlıq xəstəni belə unudur. “Əvvəlcə haqqımı verin, sonra xəstənizə baxacam” – deyən Zəhra həkim xəstəni və uşağı soyuq otaqda saxlamaqdan belə çəkinmir.

Bütün bunlar azmış kimi tabeçiliyində olan tibbi personala göstəriş verərək deyir ki, bəlkə pul vermədilər, işıqları söndürün, qızdırıcılardan istifadə etməyin, işıq pul yazır. Dövlət müəssisəsini “özəlləşdirərək” şəxsi biznesi kimi təsəvvür edən Zəhra həkimin “HESAB”ınçatdırmayacağınız təqdirdə, ana və yeni doğulmuş körpənin “GİROV” saxlanılacağı təhlükəsi ilə üzləşsəniz, heç də təəccüblənməyin. Onun belə əməllərindən rayon sakinlərinin böyük əksəriyyəti zara gəliblər.
Görəsən, rüşvət iddiasında olan belə həkimlərə kimlər və necə havadarlıq edir?

Korrupsiya yuvası, yoxsa Doğum şöbəsi? Yardımlı Mərkəzi Rayon Xəstəxanasında rüşvətxorluq geniş vüsət alıb.

Baş həkim Rasim Əkbərova bu barədə şəxsən müraciət etsək də, heç bir fayda vermədi. Buradan belə bir fikir meydana çıxır. Ya bu rüşvətdən Rasim həkimə də pay çatır, ya da Zəhra xanım onu rəhbər kimi saymır.

Təbii ki, ikinci variant inandırıcı görünmür, əgər Zəhra xanım baş həkimi saymasaydı, Rasim Əkbərov yəqin ki, onun barəsində ölçü götürməmiş olmazdı. Deməli birinci versiya daha reallığa uyğun gəlir.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP